Reklam verin!

"Vuqar Baba Picture" presents...

Gun gelecek, her kes bu bloq haqqinda danishacaq...

Blog Haqqında

vuqar
Günlərin bir günü (2007-ci ilin yaz aylarıydı) BDU-nun auditoriyasında dərs deyən Mayıl Dəmirli (müəllim) internetdən yaman danışırdı. Jurnlistika fakültəsi, 3-cü kurs tələbələri qarşısında müasir görsənmək və qoca yaşına rəğmən qızların bəyənisini qazanmaq üçün özünü veb ("web") aləmin ustadı kimi göstərməyə çalışırdı. Birdən qızlardan biri (Durna Səfərli) soruşur:"Müəllim sizin BLOQunuz var?" Müəllim gözünə döndüyüm də cavab verir ki:"Yox, mən siyasətlə məşğul olmuram". Hələ öz "təvazökarlığından" da geri qalmır ha: "Amma məni tanıyan hamı deyir ki, bir partiyadan, BLOKdan yarat hamı sənin ətrafında birləşəcək..." İndi müəlimim demişkən BURADA SİYASƏTLƏ MƏŞĞUL OLMURUQ, SADƏCƏ BLOQ ("BLOG") YAZIRIQ...

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

BLOG'umu bəyəndinizmi?




Açar sözlər

taksi  taxi  vuqar  xəbər  baba 

Sayqaç

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 1886
  • Dünənki hit: 54
  • Bugünki hit: 22
  • Ümumi hit: 16934

Müxtəlif

Hərbi andiçmədən reportaj

vuqar
Fevral 14, 2008 17:26

İgid əsgər, möhkəm dayan

Bakı-Cəlilabad-Bakı

                                                     VÜQAR BABA 

  

“Eh... su içmişəm, sok içmişəm, araq içmişəm, bir dəfə də and içim də... Mən heç qışqırmırdım axı. Qıraqdan baxırdılar deyə yalandan ağzımı açıb-yumurdum”. – And içmə mərasimindən başı yenicə ayrılmış əsgər belə dedi.

  

Mərasim Cəlilabad rayonu “N” saylı hərbi hissədə keçirilirdi. Səhər saat 8-də çalınan təntənəli marş tədbirə start verdi. Tribunada yüksək vəzifəlilər çıxışa başladı. Lakin onların səsindənsə daha çox kənarda övladlarını seyr edən valideyinlərin söhbəti aydın eşidilirdi:

 

-         A kişi hanı bizim uşaq, görə bilirsən?

 

-         Hardan görüm. Hamısı da eyni geyinib, bir-birinə oxşayırlar.

 Elə bil inkubator cücələridir...

  

Qeyd: Foto həmin andiçmədən deyil. "Google"dan köçürülüb.

Tribunadakı danışıq qurtarır. Əvvəlcədən qruplara ayrılmış əsgərlər hissə-hissə üzərinə bayraq və bir neçə avtomat qoyulmuş masalara yaxınlaşırlar. And içirlər Vətəni qorumağa. Tribunada söhbətlər gedir, səs isə eşidilmir. Bir müddətdən sonra əsgərlər əl çalırlar... Deməli danışıq bitmişdi...

 

Yeni əmr verilir. Marş çalınır, əsgərlər hərbi keçidə başlayırlar. Bir, iki... bir, iki... Komandirlərinin və valideyinlərinin qarşısında addımlayırlar. Övladı yanından keçəndə ana və ataların həyəcanı daha da artırdı: “Vay... buna bax yazıq bu bir aya nə təhər arıqlayıb. Yemək-zad vermirlər deyəsən bunlara. Üstlərinin kirindən də cinlər ürkür. Paltarlarını bir dəfə də yumayıblar...”

  

Əsgərlərin keçidi qurtarır. Hissənin kambriki valideyinlərə müraciət edir: “Bir aydır ki, bu uşaqlar mənim uşaqlarımdır, sizin yox. Bir aydır ki, onların qeydinə mən qalıram, siz yox. Onlardan dördü naxoşdur. Bunu siz etmisiz – siz valideyinlər. Yalandan mənim üstümə atmayın. Biz xəstələndirmişiksə niyə bəs 250 əsgərə heç nə olmayıb, buradadırlar. O dördünə siz qarpız-yemiş yedirtmisiz, ona görə. İndi iki-üç saatlığına onlar sizindir. Ancaq əlinizə nə keçdi yedirtməyin. Sonra bəlasını biz çəkirik”.

  

Əsgərlər hərbi hissənin həyətindən çıxmamaq şərti ilə azad idilər. Sanki qəfəsdən buraxmışdılar onları. Hamısı ailələr toplanan tərəfə qaçdılar. Səhnəni görməyə dəyərdi. Əyinlərindəki formalar bu bir ayda bəlkə də birinci dəfə idi ki, yuyulurdu. Göz yaşı ilə...

  

Sevinən, ağlayan, məsləhətləşən – hamısı bir-birinə qarışmışdı:

  

“Qaqa dərslərini yaxşı oxu, instituta gir. Buralara gəlmə. Əsgərlik bekar şeydi, zülm çəkirik”.

  

“Bala nə yaman arıqlamısan? Yemək-zad vermirlər?”

  

“Ağlama bacı, bir ilə gəlirəm”.

  

“Ata pul ver, məni buradan apar...”

  

Bunlar ailəsi ilə görüşənlərin söhbətləri idi. Bir kənarda yığışıb sakit duranlar da var idi. Kefsiz, halsız. Onların And içmə mərasiminə heç bir yaxını gəlməmişdi...

  

Təzə əsgərlər bizimlə də söhbət etdilər. Dediklərinə görə hamı yeni olduğundan öz həm rayonlusunu axtarır ki, yoldaşlıq etsin. Onlar bir-birini “zyöma” adlandırır. “zyömaları çox olanın isə sözü daha keçərli olur.

  

Həmsöhbətlərimdən biri artıq “vorzakon” da olub: “Burada sən sındırmasan, kim isə səni sındıracaq. Kim güclüdü, o “prav”dı. Mən həm özüm güclüyəm, həm də hissədə tanışım çoxdu”. Öz aralarında hamı onun dediyini eləməlidi. Yoxsa: “Komandirə deyənə də ağır söyüş qoyuruq. Anasını, bacısını söydürmək istəyən onsuz da kişi deyil. Ondansa mənim dediklərimi eləsinlər, başaları da ağrımasın. Bu gün də uşaqların çoxunun qohumları gəlib. Yəqin ata-anaları nə isə gətiriblər. Əsgərlər də bu axşam hər biri mənə 10 manat pul verəcəklər. Bu dey... bu da alacaqlarımın siyahası...” Əlindəki kağızda haradasa 30-40 ad var idi.

  

Başqa biri isə kambrikin son çıxışına iradını bildirdi: “Yalandan deyir 4 nəfər xəstədir, qalanı salamat. Yəqin o dördünün vəziyyəti çox ağırdı. Əsgərlərin yarısı qan ifraz edir ey...”

  

“Yox, mən elə şey görməmişəm. Biz olduğumuz yerdə pul-zad alan yoxdu. Heç bir başqa problem də yoxdur”. Vəziyyətindən şikayətçi olmayan da var idi.

  

Köhnə əsgərlərdən biri isə hərbi hissədə tez-tez baş verən hadisənin üstünü açdı. Sən demə bəzi əsgərlər qəsdən xəstələnirlər. Papaqlarını çıxarıb saatlarla günün altında gəzirlər. Günvurmadan pis hala düşən əsgər Lənkəran rayonundakı hərbi hospitala aparılır. Bir ay xəstəxanada qalır, 15 gün də evə məzuniyyət alır.

  

Əsgərlər hərbi hissənin həyətindən çıxmamaq şərti ilə valideyinləri ilə bir yerdə ola bilərdilər. Tək-tək hallarda ağaca rast gəlmək olan həyətdə. Avqustun əvvəlində. Biz isə istiyə çox dözə bilmədik. Şəhərə qayıtdıq. Əsgərlərdən biri bizi yola saldı: “Siz tezcə bezdiz, biz hələ bir ildən çox buradayıq...”

 

Şərhlər(1)
138 oxunma
REPORTAJLAR

ÖZGƏ MAŞININA MİNƏN TEZ DÜŞƏR

vuqar
Fevral 6, 2008 17:08

Moskva ətrafı çimərliklərin birinə yaxınlaşan avtomobildən üç gənc qız düşür. Onlar maşından enər-enməz lüm-lüt soyunub dənizə baş vurular. Suda bir-biri ilə zarafatlaşan gözəllər ətrafdakıların, xüsusən də kişilərin diqqətlərini özlərinə çəkirlər. 15 dəqiqədən sonra çimərlikdəkilərin təəccüb dolu baxışları arasında, geyinib gedirlər. Bir az keçəndən sonra isə çimərlikdəkilər son dərəcə dəqiqliklə işlənmiş cinayətin fərqinə varırlar. Məlum olur ki, 15 dəqiqəlik “film” zamanı 4 maşın qaçırılıb, onlarca avtomobilin içərisinə əməlli-başlı əl gəzdirilib...

  

Avtomobil oğurluğundan Azərbaycanda da əziyyət çəkənlər çoxdur. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə ölkə ərazisində müxtəlif cinayətlərə görə 21 avtomobil axtarışdadır. Onlardan 16-sı paytaxtda,  qalan 5-i isə Lənkəran, Mingəçevir, Şamaxı, Bərdə və Xaçmaz rayonunda qeydiyyatdadır. Məlumata görə bu avtomobillər 2004-cü ildən axtarışa verilib.

   

Maşınınızı saxladız, düşdüz və qapıları bağladız. Həmin yerə geri döndüyünüzdə avtomobilinizin orada olmadığını görürsüz. “Görəsən başqa yerdə saxlamamışam ki? Bəlkə də burada saxlamaq olmazmış, ona görə də polis çəkib aparıb”. Bunları düşündünüz. Lakin sonda maşınınızın doğrudan da oğurlandığı gerçəkliyi ilə qarşılaşdınız.

 

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vaqif Əsədov avtomobil talamalarının keçən ilə nisbətən artığını dedi. Onun göstərdiyi say da fərqli idi: “Bu ilin ilk 6 ayı ərzində bizdə 67 maşın qaçırılması halı qeydə alınıb. Onlardan 60-ı tapılıb. Ən çox maşın oğurluğu Nəsimi rayonunda olub. Burada qaçırılan 13 avtomabildən 10-u, Yasamal royonunda 11-dən 10-u, Binəqədi rayonunda 10-dan 9-u tapılıb. Sabunçu rayonunda isə oğurlanan 1 avtomobilin axtarış müddəti elə 1 gün olub. Müqayisə üçün onu deyə bilərəm ki, 2005-ci ilin ilk 6 ayı isə avtomobil oğurluğu ilə əlaqədar bizə 57 fakt daxil olmuşdu. Onlardan 49-u tapılmış, 8-inin isə axtarışları davam etdirilmişdi. Keçən ildə maşın talanması halları ən çox Yasamalda qeydə alınmışdı. Bu rayonda oğurlanan 12 maşından 11-i tapılmışdı”.  Vaqif Əsədov sonuncu dəfə rastlaşdığı oğurluq halını da danışdı: “Bu həftə Rəşid Behbudov küçəsində üç nəfər naməlum şəxs əl eləyib taksini saxlayıblar, deyiblər: “Sür Keşləyə”. Ancaq Babək prospektindən Keşləyə girəndə bıçağı çıxarıb ki: “Dayan”. Sürücü də saxlayıb, maşından düşüb qaçıb. Gəlib dərhal 23-cü polis bölməsinə dərhal məlumat verib. Səhərisi gün həmin avtomobili Bakıxanov qəsəbəsində 13-cü polis bölməsinin əməkdaşları tutub və maşın sahibinə təhvil verilib. Ancaq içindən maqnitafonu götürülüb. Cinayətkarlar da, maqnitafon da axtarılır. Maşını oğurlayanı tutub cəzasını verəcik”.  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsində (Oğurluq)  bu tip talan etmədə cinayətkarın ən yüngül halda şərti maliyyə vahidi məbləğinin yüz mislindən yeddi yüz mislinədək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək islah işləri və ya iki ilədək müddətə azdlıqdan məhrum etmə ilə cəzalandırılması göstərilib. Eyni əməllər 1) mütəşəkkil dəstə tərəfindən törədildikdə, 2) külli miqdarda ziyan vurmaqla törədildikdə, 3) əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə bir dəfədən çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Başqasının maşınını, həm də onun razılığı olmadan sürmək atomobil qaçırması adlanır. Uşaqları valideyinlərinin icazəsi olmadan onların yaxud da dost-tanışın  avtomomobilindən bu yolla istifadə etdikdə başqa cür cəzalanır. Belə cinayət etmiş şəxsin işinə 185-ci maddə ilə (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) baxılacaq. Həmin maddəninən ağır bəndi beş ildən on ilədək azadlıqdan məhrum etmədir.  “Mən adətən gecələr işləyirəm. Saat 3-6 arası heç kimin xəbəri olmur. Bahalı maşının içindəki əşyalar da bahalı olur. Maşının qapısını simlə açıram. Əsasən maqnitafonu sökürəm, ancaq hərdən “bardaçok”da maqnitafondan da bahalı şeylər olur, ya da elə oturacağın üstündə. Elə vaxt olur maşına siqnalizasiya qoşulur. O da problem deyil. Yarım dəqiqəyə onun da səsini kəsirəm. Bunu necə etdiyimi deyə bilmərəm. Rəqiblərim arta bilər.   Avtomobilin özünü heç vaxt oğurlamamışam. Bu çətin işdir. İçindən maqnitafon-zad götürürəm. Maşın əkəndə tezcə tutarlar. Onu ancaq vəzifədə qohumları olanlar eləyə bilər”. Gördüyü işi danışdı. Ancaq bunun yaxşı bir şey olmadığını fikirləşdiyindən adının gizli saxlanılmasını istədi.   

Avtomobil oğurluqlarından zərər çəkənlərdən biri –  S.R. (ad və soyadının baş hərifləri saxlanılıb) üç il bundan öncə aldığı maşınını bu il “oğurluq maşın” adı ilə əlindən alıblar. Avtomobilini növbəti dəfə texniki baxışdan keçirəndə aldığı xəbərə şok olub. Ona deyilənə görə maşın Ermənistan vətəndaşınındır. “Qardaş etmə, eləmə. Ermənistan hara, mən hara?” – S.R. mat qalmışdı. O, maşını Qazaxdan aldığını, lakin öz adına keçirmədiyini deyir. Əvvəlki sahibinin adına olduğundan hər il etibarnaməni də yeniləyirmiş. Çox get-gələ düşür. Nəhayət çıxış yolu da tapılır: məhkəmə ilə həmin adamın maşından imtina edəcəyini gözləyəcəklər. Son sözü erməni deyəcək...

QEYD: MƏQALƏ 2006-CI İLDƏ YAZILIB


Şərhlər(0)
86 oxunma
SOYUQ XƏBƏRLƏR

SKEYTERLƏR

vuqar
Noyabr 7, 2007 17:09

 Biz avara deyilik...”

  

Amerikada onların sayı 12 milyon, Azərbaycanda 12 nəfərdir

  

                                          Vüqar Baba 

 

Keçən əsr Amerika gəncləri yarı əyləncə, yarı idman olan bir məşğuliyyət tapdılar. Yarım metirlik bir taxta lövhəni dənizə atır, üstünə çıxıb dalğalarla oynayırdılar. Burada vacib şərt batmamaq, suyun üzərində qala bilmək idi. Sörfinq belə yarandı...

  

Lakin dənizdə dalğa olmayanda sörf etmək də olmurdu. Bu idman növü üçün mütləq külək lazım idi. Sörferlər isə darıxırdı. Onlar sakit havalarda da ekstrimdən həzz almaq istəyirdilər. Bundan bezənlər 1969-cu ildə belə bir şey fikirləşdilər: sörfinq lövhəsinə təkərlər bərkidib quruda da sürsünlər. Artıq həmin lövhə skeyt adlandı. Skeyt-bordinq də belə yarandı...

   

İndi o qitədə milyonlarla skeyt sürən var. Azərbaycanda isə normal skeyterlərin sayı...

  

“Amerikada təxminən 12 milyon skeyter var. Bizdə isə demək olar cəmi 12”. Sözlərin müəllifi Əkbər Nağıyevin 18 yaşı var. İki ildir ki, həyatındakı əyləncəni skeytdə tapır. Universitetdə oxuyur. Tələbə olduğunu o xüsusi vurğulayır. Avara olmadığını bildirmək üçün. Həm onun, həm də dostlarının bu damğadan heç xoşları gəlmir.

 

17 yaşlı Teymur Cəbiyev şikayətlənir: “Başa düşməyənlər bizə avara deyirlər. Onlara elə gəlir biz dərs zad oxumuruq. Halbuki burada elələri var bəzi fənləri “sökürlər”. Skeyt sürənlərin içində “bomba” yerdə işləyənlər də var. Ancaq başa düşən iyirmi faiz “maladyoj” deyir halaldı”.

  

“Hə – skeyter Fərhad Əliyev də bu söhbətə qoşulur – bu pis münasibətin üstündə skeyt-bordinqdən uzaqlaşanlar da olur. Əvvəllər biznən qızlar da skeyt sürürdülər. Lağ edirlər deyə məcbur olub sürmürlər. Qızlara ümümiyyətlə pis baxırlar. Elə bil skeyt sürməkdə nə isə eyib bir şey var”.

   

Dərslərimizi də necə lazımdı çatdırırıq. Problem olmur. Dərsdən sonra gəlib burada skeyt sürürük. Bununla biz dincəlirik. Sonra evə gedib dərs oxuyuruq. Müəllimlər bizə normal yanaşır, onların çoxu bu idman növü ilə məşğul olmağımızı dəsdəkləyir. Boş-boş məhlədə oturmuruq, siqaret çəkmirik, araq içmirik, küçələrdə veyillənmirik. Həm idman edirik, həm də əylənirik.

  

Amerikada, Avropada uşaqları, gəncləri belə idman oyunlarına cəlb edirlər ki, pis əməllərə bulaşmasınlar. Rusiyada bu yaxınlarda dörd milyon dollara ikstrim oyunları üçün zal tikiblər. Bizdə də bayaq dediyim mənasız, zərər verən işlərlə məşğul olanlara heç nə demirlər, ancaq Sahil bağında skeyt sürənləri polislər dağıdırlar. Deyirlər camaatı qoymursuz istirahət eləməyə. Əksinə hamı bura bizə baxmağa gəlir. Əgər mane oluruqsa onda bizə bir meydan versinlər. Lazım deyil, heç nə tikməsinlər orada. Eləcə boş sahə versinlər bizə. Özümüz tramplinləri-zadı quraşdırarıq”.

  

“Ey... Bircə dənə meydanımız var. Bakının hər yerindən skeyterlər bura gəlir. Montindən, Kombinatdan, Əhmədlidən, Həzi Aslanov metro stansiyasının yanlarından gələnlər var. Ancaq skeyt sürmək üçün. Şərait yaratmadıqları bəs deyil, özümüz bir şey eləmək istəyirik onu da qoymurlar”. – Elmar Məmmədov keçrtdikləri yarışdan danışır. – Keçən dəfə Bakı şəhəri üzrə çempionat keçirirdik. Ən yaxşı sürən bir oğlan var idi ki, bilirdik bu yüz faiz çempion olacaq, o yarışmırdı-jüri idi. Yer tutanlara diplom da verilir. Bizim sistemə görə hər hərəkətə üç cəhd verilir. İkinci şansımızdan istifadə eləmişdik ki, polislər başımızın üstünü kəsdirdilər. Hamını qovdular.  Biz də məcbur olduq iki “tryuk”un nəticələrinə görə yerləri müəyyənləşdirdik, mən altıncı oldum”.

  Onlar həm də mədəni işlə məşğul olurlar. Hip-hop deyilən mədəniyyət növü var ki, bura dörd sahə daxildir: rep, brek-dans, qrafiks və ikstrim (sörfinq, skeyt-bordinq, velosiped, roller, lövhəylə və lövhəsiz paraşüt göstəriləri). XX əsrdə Amerikada iqtisadi böhran olur. Varlılar villalarınından küçüb gedirlər. Tərk edilmiş evlərin baxçalarındakı hovuzlar o vaxtın dəbi ilə yarımkürəvi tikilmişdi. Artıq oralar bom-boş idi. Skeyterlər də fürsətdən istifadə edib öz “təkərli taxta”larına burada güc verirdilər. Əyri hovuz divarları skeytə marağı artırdı. Həmin dövrdən skeyt-boardinq geniş yayılmağa başladı. Sonra bu idman növü ilə məşğul olan kamandalar yarandı. İlk belə klub “Bons briqad” adlanırdı. Artıq komandalar çoxalıb və bir-birindən skeyterlər də transfer edirlər. Axırıncı ən bahalı transferin məbləği 250 milyon dollar olub.  

Bu idman növündən hər il “Ginnesin rekordlar kitabı”na düşənlər də olur. Misal üçün uzunluğa və hündürlüyə tullanmanın rekordu amerikalı Deni Veyə məxsusdur (20 metr uzunluğa, 7 metr hündürlüyə). O, Çin səddinin üzərindən tullanmaqla da adını kitaba saldırıb.

  

Skeyt sürən uşaqların həvəskarlara məsləhətləri də var: “Sürənlər qoy davam eləsinlər, başlamaq istəyənlər də çəkinməsinlər. Bizə də müraciət edə bilərlər. Pul filan almadan onlara bildiklərimizi öyrədəcəyik. Gəlin bizə qoşulun”.

 

Şərhlər(3)
209 oxunma
Feature stories

Bir axşam taksidən düşdüm vergiyə

vuqar
Noyabr 7, 2007 16:44

Bir axşam taksidən düşdüm vergiyə

  

Taksiçilər sosial fonda ödəniləcək vergidən indiyədək xəbərsiz olduqlarını deyirlər

  

                                          Vüqar Baba 

  

Sarı, xüsusilə açıq sarı rəng psixoloqların dediyinə görə insana rahatlıq gətirir. Sarıya baxmaq həm gözə xeyirdi, həm ruha. Sarı insanı rahatladır. Ona görədir ki, əksər tibb ocaqları ənənəvi ağ geyimi sarı rəngə dəyişməyə başlayıblar. Bu rəng diqqət çəkən rəngdir. Taksilərin əsasən sarı rəngdə olma səbəbi də rəngin baxışları özünə cəlb edə bilməsidir. Bütün bunlarla yanaşı sarı həm də ayrılıq və kədər rəmzidir. Hə, rəngin məhz axırıncı mənası taksi sürücülərinin son günlərdəki vəziyyətinin dəqiq ifadəsidir. Taksi sürücüləri kədərlidirlər...

  

 taxi

Şəxsi maşınlarından xidmət taksi kimi istifadə edənlərə ilin əvvəlində bildirilib ki, bu cür xidmət göstərmək üçün VÖEN və lisenziya almalıdırlar. Alıblar. Nəqliyyat Nazirliyinin nəzdində olan “Bakı Sərnişin Nəqliyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) 30 manat ödəyib fərqlənmə nişanına sahib olublar. Verəcəkləri bununla bitməyib. Pul qazanmaq üçün sükan arxasına keçənlər sən demə başqa yerlərə də haqq ödəməli imişlər. Növbəti vergi ünvanı Dövlət Sosial Müdafiə Fondu ( DSMF ) olub. Lakin söhbət etdiyimiz 10-15 sürücünün hamısı dedi ki, indiyə qədər onlara bildirilməyib ki, fonda da vergi verməlidirlər. Ancaq indi sürücülərə məlumat kağızı gəlib ki, artıq DSMF-ə 500-600 manat civarında borcları var və ən tez müddətdə bu pulu ödəməlidirlər.

 

Taksi sürücüsü Canpolad Paşayev deyir ki, bilsəydi ki, başqa harasa vergi ödəyəcək heç taksiçilik etməzdi: “Lisenziya alanda ora pul ödədik, bir də hər ay 14 manat vergi ödəyirik. Bizə heç sosial fonda nə isə ödəməli olduğumuzu deməyiblər. Bu haqda heç vaxt, heç yerdə bir sənədə də imza-zad atmamışıq. Amma o gün kağız gəlib ki, sən demə hər ay Sosial Müdafiə Fonduna 34 manat ödəməliymişik. Mən çörək pulumu güclə qazanıram, ancaq gündəlik ehtiyaclarımızı ödəyə bilirik. Başqa heç yerə pul ödəməyə imkanım yoxdu. Bilsəydim ki, belə pul ödəyəcəm, heç lisenziya da almazdım, taksiçilik də etməzdim”.

  

Benzinin qiyməti qalxandan sonra maddi vəziyyətlərinin daha da pisləşdiyini deyən sürücülər ayda verdikləri vergini artıq zorla ödədiklərini dedilər. Nəinki əlavə olaraq DSMF-yə vergi ödəyəcəklər.

  

Rövşən Musayev adlı taksiçi də fonda ödənilməli olan vergidən xəbərsiz olduğunu dedi: “İndiyə qədər heç vaxt Müdafiə Fonduna pul ödəməmişik. Heç kim də beməyib ki, ora pul ödənməlidir. Belə idisə elə VÖEN-i alanda deyərdilər, biz də işimizi bilərdik. Mən əvvəlcədən bilsəydim ki, lisenziya pulundan, ayda verdiyimiz vergidən başqa bir də fonda 34 manat ödəməliyik, yəqin ki, başqa işlə məşğul olardım, taksiçiliklə yox”.

  

Dövlət Sosial Müdafiə Fondunun mətbuat rəhbəri Əli Səmədov taksi sürücülərindən tələb olunan verginin Məcburi Dövlət Sosial Sığorta Haqqı olduğunu bildirdi. Və əlavə etdi ki, həmin vergi tək sürücülərdən yox, işləyən hər kəsdən alınır: “Adından da göründüyü kimi bu məcburi sığortadır və ödəyicinin xeyirinədir. Həmin pullar hər kəsin fərdi hesabında toplanılır və gələcəkdə təqaüdlər həmin pulla ödənilir. Hamı bu vergini ödəməyə borcludur, o cümlədən taksi sürücüləri. Nəqliyyatda işləyənlərin hamısı minimum əmək haqqının 70 faizi qədər sosial sığorta haqqı ödəməlidirlər. Minimum əmək haqqı isə 50 manatdır”.

  

Əli Səmədov taksi sürücülərinin sığorta haqqı barədə məlumatsız olduqlarına isə inanmır: “Ola bilməz axı. Onlar VÖEN alanda Dövlət Sosial Sığorta Fondunda birbaşa qeydiyyata alınırlar. Onların hamısına deyilməməlidir ki, siz sosial sığorta haqqı ödəməlidirlər, bunu hamı ödəyir, onlar da bilməlidirlər. mümkün deyil ki, bilməmiş olsunlar”.

  

Fondun mətbuat xidmətinin rəhbərinin məlumatına görə Azərbaycanda 1 milyon 500 min sosial sığorta haqqı ödəyicisi var, 1 milyon 250 min nəfər də pensiyaçı var: “Ancaq normal təqaüd alınması üçün bir pensiyaçıya heç olmasa iki sığorta olunan düşməlidir. Onu da deyim ki, 5 il məcburi dövlət sosial sığorta haqqı ödəyənlər əmək pensiyası almaq hüququna malikdirlər. İndi sığorta haqqını ödəmək istəmirlər, ancaq sonra pensiyaların çox olmağını istəyirlər”.

  

Qazancı sükan tutmaq, sərnişin daşımaqdan keçənlər taksi sürücülüyü üçün müraciət etdikləri hər dövlət orqanında rüşvət istənildiyini dedilər. Canpolad Paşayev Vergilər Nazirliyindən, Dövlət Sosial Müdafiə Fondundan şikayətləndi: “Hara gedirsən 400-500 dollar rüşvət istəyirlər. Bir şey deyəndə də deyirlər get, kimə deyirsən de. İstəyirsən lap nazirə şikayət elə, mənə heç kim heç nə deməyəcək”.

  

Vergilər Nazirliyinin mətbuat xidmətinin katibi Fariz Səmədov taksi sürücülərinin ödəməli olduqları vergidən danışarkən bildirdi ki, bu vergilər şirkət taksiləri və fərdi taksilər olaraq iki qrupa bölünür. Vergiləri də həmin qruplara xas ödəməlidirlər: “Misal üçün əgər şirkət maşınıdırsa mənfəət və Əlavə Dəyər Vergisi ödəməlidirlər. Yox, fərdi qaydada, şəxsi maşınlarla xidmət göstərilirsə onda onlara fərqlənmə nişanları verilir və həmin fərqlənmə nişanlarının əsasında vergi ödənilir”.

  

Damalı nəqliyyatın sürücüləri problemlərinin həlli üçün müxtəlif idarələrə, Kütləvi İnformasiya Vasitələrinə müraciət etdiklərini, ancaq hələ də çarəsiz qaldıqlarını deyirlər. Bildirdiklərinə görə aralarında elələri də var ki, məhz bu cür vergiləri ödəməmək üçün qeydiyyatdan keçmirlər...

 

Şərhlər(0)
279 oxunma
SOYUQ XƏBƏRLƏR
taksi taxi vuqar baba xəbər 

Barlardan reportaj

vuqar
Sentyabr 26, 2007 18:04

Barlı Bakı

..................................................

                                                                     Vüqar Baba 

  

- Qəşəng qız, gəl bizim stolda otur. Ceyran, sənnənəm.

 

- “Ceyran” ha!.. “Çuşka” ha-ha-ha...

 

Bir az keçir “qonaqpərvər” əsəbiləşir. Qızlardan birini dartıb öz masasında əyləşdirir. Qız onu “qrubiyan” (dilimizə tərcüməsi “kobud”) adlandırır, qalxıb öz rəfiqələrinin yanında əyləşir. Digər masada oturan 4 qızın yanında. Elə oğlanlar da 5 nəfər idi. Öz aralarında qızları bölüşdürmüşdülər. “Hərəmizə biri” də demişdilər az əvvəl. Daha sonra qızların oğlanlara üz vermədiyini görən biri həmin “ceyran”lara qarşı masadakılarla maraqlanmağı tapşırdı. Bayaq oğlanlara tərs cavab verən indi onların yanında özünə yer eylədi. Gur musiqi səsi onlar arasındakı söhbəti aydın eşitməyə imkan vermirdi. Bircə: “15 “şirvan” çoxdu. Aşağı yeri var?” Və: “Yox. Onu mənimdi, beşi saunanın”. – kimi qiymət alış-verişinin getdiyini eşitdik. Razılığa gəlmədilər və oğlanlar içdikləri pivənin pulunu verib getdilər.

  

Gecəyə doğru “LAYF” adlı barın müştəriləri artırdı. Boş masa qalmadığından qızlar oturduqları yerdən qaldırıldı. Yarısı barın önündə oturdular, yarısı da skamyada əyləşdi. Tez-tez durub rəqs edirdilər. Diqqət çəkmək üçün müştərilərin qarşısında. Hərdən də arxa otaqlardan çıxan qızlar gözə dəyirdi. Qızlar gözlərini oğlanlara zilləyirdilər. Biri romantik görünməyə çalışırdı. Mənə baxırdı.

  

Başqa barları da gəzdik. Vəziyyət oxşar idi: gur musiqi, rəqs, diqqət (və başqa hisslər) oyadan qızlar....

  

“Black House”da xüsusi məqsədlər üçün nəzərdə tutulmuş otaqlar yox idi. Barda tanış olduğumuz Nərgizlə Aytən (adlar dəyişdirilib) belə dedilər. Lakin qız, özü də açıq-saçıq geyimlilər bol idi. Hərəkətləri – rəqsləri, masaların yanında gəzişləri, geyimləri və belə xırda detallar onların pullu xidmət üçün burada olduqlarını deyirdi. Bəs harada göstəriləcəkdi bu xidmət? Sonra öyrəndik ki, burada “çıxma” prinsipi əsasında işlər aparılır. Yəni oğlan kimisə bəyənir və onunla yatmaq üçün müəyyən pulun miqdarında saunaya, ya da evə gedirlər. Qızı bardan çıxarmaq oğlana 150-200 min manata başa gəlir. Bazarlıq qabiliyyəti çox, pulu az olanlar qiyməti 100 min manata qədər endirə bilirlər. Bu qiymət həm də yerində “xidmət” göstərən qızlara da aid edilir.


 

Nərgizlə Aytən bacıdırlar. Birinin 18, digərinin 19 yaşı var. Yaşca böyük – Aytən son iki ilə qədər İran İslam Respublikasında yaşayıb. Oranın qaydaları hamını hicab geyinməyə məcbur edir, lakin o özü də belə geyim tərzini sevirmiş. Bizə orada çəkdirdiyi şəkillərini göstərdi. Hicab doğrudan da ona çox yaraşmışdı.

  

Kiçiyi – Nərgiz isə yerində dura bilmirdi. Elə hey rəqs edirdi. Hərdən, çalınan musiqi çox pis olanda azacıq dincəlirdi. Onu rəqsə dəvət etdim. Bu musiqidən xoşu gəlmədiyini, başqasını sifariş etməyimi istədi. Əlbəttə ki, pulla. Tez-tez aşağı səviyyəli musiqinin çalınması da bar işinin bir hissəsidir. Xoşagəlməyən musiqiyə nə rəqs ediləcək, nə də qulaq asılacaq. Kimsə pul verib mahnını dəyişdirəcək. Öz istədiyini sifariş edəcək.

  

Oynayandan sonra onu bizim masaya dəvət etmişdim. Daha sonra bacısının da bizimlə oturmasını xahiş etdik. Onlara da içki aldıq. İçdik. Biz “Kola”, qızlar spirtli içki. Söhbət etdik. Pulu verib çıxdıq.

  

Barlar haqqında bir klub müdiri ilə söhbətləşdik. Adının çəkilməsini istəməyən bu şəxs şəhərimizdə ilk klub açanlardandır. Verdiyi məlumata görə, barlar xaricdə ən yaxşı istirahət yerləri sayılır. İşgüzar avropalılar işdən çıxır, şam etdikdən sonra haradasa rəqs etmək, musiqiyə qulaq asmaq, bir şeylər içmək istəyirlər. Üz tuturlar barlara. Günün yorğunluğunu atırlar. Bizdə isə “bar” deyəndə ağıla ilk növbədə əxlaqsız bir yer gəlir. Bu elə həqiqətdə də belədir. Bizim gecə barları qız alveri ilə məşğuldurlar. Müştəriləri qızlarla yığırlar. Bir-iki gecə barı var idi ki, başqa cür işləyirdi. Mədəni əyləncəyə üstünlük verirdi. Onlar da bu yaxınlarda bağlanıb.

  

Klub işlədicisinin fikrinə görə, bizim barların normal işləməməsi “papa, mama uşaqları”nın ucbatından olur. Barda ərköyünlük edən vəzifəlilərin uşaqlarına qarşı gələn badiqardlar (nəzarətçilər) “Sən bilirsən mən kimin oğluyam?” sualının qarşısında aciz qalırlar. Varlı övladlarına nəzarət edə bilmədikdə o birilərə də bir şey deyə bilmir. Belədə də özbaşınalıq, “bardaq” yaranır. Ara qarışır, məzhəb itir. Barlara insanlar istirahət etməyə yox, ehtiraslarını öldürməyə gedirlər.

  

Bardan çıxırıq. Pilləkəndəki qız alışqan istəyir. Siqaretini yandırıb aralanırıq oradan. Qızsa arxamızca təəccübünü bildirir: “Aaa... bəs siz bara nə üçün gəlmişdiz?...”

 

Şərhlər(20)
1338 oxunma
REPORTAJLAR

"Erməni qəbiristanlığı"ndan reportaj

vuqar
Sentyabr 22, 2007 14:21

Məzar transferi

                                                        Vüqar Baba 

  

Biri 10, başqası 20, əksəriyyəti isə 100 ildən çoxdur burada uyuyur. Yevqeni Andreyevnanı, Sarkisovu, Viktor Mixayloviçi, Zoya Petrovnanı, Nina Pavlovnanı və başqalarını dəfn edəndə “son mənzilə yola salırıq” deyiblər, ancaq basdırıldıqları məzarlar da onların son mənzilləri olmadı...

    xristian qebirstanligi

“Rus qəbiristanlığı”, yaxud “erməni qəbiristanlığı” adlanan Nərimanov rayonundakı böyük məzarlığın köçürülməsinə başlanandan onun ətrafında müxtəlif söhbətlər gəzir. Rəsmi mənbələr həmin ərazidə yol çəkiləcəyini, qeyri-rəsmi mənbələr isə başqa səbəbdən köçürülmələr olduğunu söylədi. Orada dövlət məmurlarından kiminsə tikinti aparmaq istədiyi deyildi. Qəbir sahiblərindən televiziyaya çıxanlar məzarların daşınmasından razı olduqlarını bildirdilər, TV-yə çıx(arıl)mayanların isə yaxınlarının qəbirlərinin yerindən tərpənməsinə belə qarşı çıxdıqlarını dedilər. Gəzən bu söz-söhbətlər ardınca “GÜN səhər” həmin məzarlığı gəzməyə getdi...

  

Azərbaycan Dövlət İqtisad Universitetinin arxasında – “erməni qəbirstanlığı”nda fəhlələr işləyirdi. Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri məzarlığın ətrafına dəmir hasar çəkirdilər. Bayırda da 7-8 tabut yığılmışdı. Qəbiristanlığın ortasında, təxminən 100 metrlik zolaqda artıq heç bir qəbir yox idi. Həmin ərazidə ancaq dağıdılmış başdaşılarının parçaları və içi plastik sok qabları ilə dolmuş 10-15 qəbir çuxuru var idi. Bir də 10 metr enliyində qumlu yol. Əvvəl yolun da, dağıntıların da altında qəbirlər olub. İndi... Bilinmir.

  

Qəbiristanlığın girişində yaşıl bir çadır var idi. Fəhlələr “icra hakimiyyətinin adamları orada oturub, bu işə onlar baxır” deyib bizi çadıra doğru yönəltdilər. Ora yaxınlaşıb jurnalist olduğumuzu və bizə İcra Hakimiyyətinin ( İH )nümayəndəsi lazım olduğunu bildirdik. Özünü İH-nin işçisi kimi təqdim edən şəxs qəbir sahiblərini bu çadırda qəbul etdiklərini dedi: “Yaxınlarının məzarları daşınacaq adamlar həmin qəbirləri göstərir, biz də həmin qəbirləri qazır, tabuta qoyur və Hövsandakı qəbiristanlığa, basdırmağa aparırıq. Burada 5 küçə olmalıdır. Qəbiristanlığın ərazisindən bir-biri ilə kəsişən 5 yol keçməlidir. Hələlik bu qədər yeri təmizləyirik. Bir azdan həmin yollar üçün daha böyük ərazi qəbirlərdən təmizlənəcək”. Bunları deyən şəxsdən adını və vəzifəsini soruşanda isə gülümsədi və özünü tanıtmaqdan imtina etdi.

  

Qəbiristanlığın bir tərəfində səs-küy qopdu. 25-30 gənc qəbiristanlığın müdiri Kamran Məmmədovla mübahisə edirdi. Səslər bir-birinə qarışmışdı: “Mən 5 qəbir qazmışam, Samir 3. Pulumun qalanını ver”, “Mənə imkan vermədilər qazmağa”, “Əfəl tapmamısan e, tez ol qazdığım qəbirlərin hamısının pulunu ver...” və başqa-başqa tələblər. Kamran Məmmədov hamısına pullarının çatacaqlarını vəd verib onlardan aralandı, bizə tərəf gəldi. Qəbiristanlıq müdiri bizə mübahisənin sənədləşdirmə işində bəzi adların səhv yazılmasına görə yarandığını bildirdi. Onun dediyinə görə hər bir fəhlə günə təxminən 20-30 manat alır. Həmin fəhlələrin çıxardıqları qəbirlər Hövsana aparılır”.

  

Öz atalarını ziyarətə gələn bacı-qardaş – Əli Qəmbərovla Gülarə Səfərova isə yaxınlarının məzarının köçürülməsinə qarşı olduqlarını dedilər. Gülarə Səfərova atalarının müsəlman olduğunu və dinə görə qəbir köçürməsinin yasaq olduğunu söylədi: “Dövlət də hamısını Hövsana köçürür. Ora çox uzaq olduğu üçün gərək mən öz pulumla təzədən başqa yaxın bir yerdə dəfn etdirim atamı” deyib kövrəlir, danışa bilmir...

  

Lara Mədətovanın həm atası, həm oğlu dəfn olunub burada. Onlar xristiandılar. Ancaq Lara Mədətova da öz yaxınlarının qəbirlərinin köçürülməsinə qarşıdır.

  

Orada olduğumuz iki saat ərzində cəmi iki ziyarətçi gördük. İkisi də köçdən narazı...

 

Şərhlər(4)
427 oxunma
REPORTAJLAR

Ay sənə qurban xala, sən də gəldin futbola?

vuqar
Sentyabr 22, 2007 14:08


Şərhlər(1)
185 oxunma
"GÜN səhər"dən FOTOMƏZƏ

enişi möhtəşəm olacaq

vuqar
Sentyabr 20, 2007 12:09


Şərhlər(0)
255 oxunma
"GÜN səhər"dən FOTOMƏZƏ

Can ay Məstan, qayıq gəlib, içi dolu balıq gəlib

vuqar
Sentyabr 19, 2007 14:42


Şərhlər(1)
195 oxunma
"GÜN səhər"dən FOTOMƏZƏ

Əcnəbi seyrə balonlarla çıxır...

vuqar
Sentyabr 17, 2007 17:58

balon


Şərhlər(1)
408 oxunma
"GÜN səhər"dən FOTOMƏZƏ

Əhalini kim, necə zəhərləyir?...

vuqar
Sentyabr 14, 2007 12:08

Ölkədə ərzaq təhlükəsizliyi qanunu

və siyasəti yoxdur

  

                                                                        Vüqar Baba 

  

Keçən həftə Qala qəsəbəsində yerləşən bir hərbi hissədə qida zəhərlənməsi olub. 25 nəfər zəhərlənib. Zəhərlənməyə nəyin səbəb olduğu açıqlanmır. Məlumatı “GÜN səhər”ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib.

  

Qaladakı zəhərlənmə sentyabr ayında baş verən analoji hadisələrdən biridir: Ötən həftə “Yaddaş” qəzetinin kollektivi qidadan kütləvi zəhərlənib və qəzetin bir sayını çıxarmaq mümkün olmamışdı... Sentyabrın 4-ü Binə qəsəbəsindəki toyda 200-ə yaxın şəxs zəhərlənib. Onların 28-i uşaq olmaqla 60-a qədəri xəstəxanalara yerləşdirilmişdi. Zərərçəkmişlər zəhərlənməyə “Koka-kola”nın, Gigiyena və Epidemialogiya Mərkəzi isə salatın səbəb olduğunu bildirdi... Ayın 8-i Bərdədə keçirilən toy məclisində 29 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya müraciət edib... 10 sentyabrda Xanlarda toy mərasimində kütləvi zəhərlənmə baş verib. 40-a yaxın toy iştirakçılarının nədən zəhərləndiyi dəqiq bilinmir...

zeherlenme

                                                                  ***

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov zəhərlənmələr haqqında məlumat verərək bu xəstəliyin normalda göründüyü kimi birdən-birə olmadığını bildirdi: “Bizdə ancaq birdən-birə zəhərlənənlərə “zəhərlənib” deyilir. Ancaq tədrici zəhərlənmələr də olur. Zəhərli məhsullar tədricən orqanizmdə toplaşır, insan ömrünün azalmasına səbəb olur, xərçəng kimi xəstəliklər yaranır. Azərbaycan əhalisinin əksəriyyəti bu yolla zəhərlənir... 

Həkim məsləhəti

Əbülfəz Qarayev adına Uşaq Xəstəxanasının Yoluxucu Xəstəliklər kafedrasının dosenti Mehdi Qurbanov və 5 saylı Uşaq Yoluxucu Xəstəxanasının reanimotoloq həkimi Vəfa Hacıyeva son aylar kütləvi zəhərlənmələrdən xəstəxanalara müraciət edənlərin kəskin artığını bildirir. Həkimlər bu xəstəliyin çox təhlükəli fəsadlarının olduğunu söyləyir. Onların bildirdiyinə görə zəhərlənmə qana keçə bilər. Qanla sinir sisteminə təsir edən zəhər ensifalapatiya – xəstənin huşunu itirməsinə səbəb ola bilər. Ağır hallarda isə insifalitə gətirib çıxarır, yəni xəstədə qıcolmalar yaranır. Güclü zəhərlənmələr ölümlə nəticələnə də bilər.

  

Vəfa Hacıyeva evdə yeməklərin alüminium qabda saxlanmasının təhlükəli olduğunu deyir: “Alüminium, mis qazanların oksidləşməsi zəhərlənməyə səbəb olur. Bu qabda yemək saxlamaq, çox təhlükəlidir. Evdə bişirilən şorabalar da zəhərlənməyə səbəb ola bilər.

  "Bazardakı ərzaq zəhərlidir" 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov iyul ayında İqtisadi İnkişaf Nazirliyinin ölkənin ərzaq bazarında təhlükə olduğunu elan etdiyini deyir: “Elan etdilər ki, Gəncə zonasında əmtəə bazarında olan qidaların 47 faizi, Bakıda 25 faizi insan həyatı üçün təhlükəlidir və istifadəyə yararsızdır. İqtisadi İnkişaf Nazirliyinin qurumunun bu bəyanatı Azərbaycan tarixində ilk dəfə idi ki, dövlət orqanları tərəfindən rəsmən qida ilə bağlı təhlükəli vəziyyət rəmən səsləndirilirdi. Lakin təəssüflər olsun ki, malın adı heç vaxt deyilmir. Bazara nəzarət edən İqtisadi İnkişaf Nazirliyinin bir neçə qurumu, Standartlaşma və Patent üzrə dövlət agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhər İstehlak Bazarına Xidmət Departamenti, gigiyena qurumları və digər qurumlar hamısı reydlər, monitorinqlər keçirir, ancaq heç bir ad açıqlanmır. Bizdə zəhərlənməni amorf bir şeyin üstünə atırlar. Ya zəhərlənmələrin salatdan olduğunu deyirlər, onun da içində müxtəlif məhsullar olur, gah yeməyi hazırlayanın səhlənkarlığında, qidanı mikrobladığında görürlər səbəbi. Elə Binə qəsəbəsindəki toydakı kimi. Gigiyena və Epidemilaogiya Mərkəzi ( GEM ) zəhərlənmənin salatdan olduğunu deyib. Günahı da yemək hazırlayanda görüb. Kölgəni öldürmək istəyirlər, canlı qalır o yanda.

  

GEM-in Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev Binədəki zəhərlənmə haqqında “GÜN səhər”ə bunları dedi: “Binə qəsəbəsində toyda zəhərlənmənin səbəbini müəyyənləşdirmişik. Aparılmış sorğu, yeməklərdən, içkilərdən götürülmüş nümunələr, həm böyüklərdən, həm kiçiklərdən alınmış analizlər, qusuntu materiallarından alınan nümunələr əsasında müəyyən olunub ki, yeməyi hazırlayanlar onu çirkləndiriblər. İkinci dərəcəli çirklənmə - bişirmə, doğrama zamanı mikrobla infeksiyalaşdırır. Yəni, burada belə olub ki, yeməyi bişirdikdən sonra saatlarla açıq havada saxlayıblar, mikrob bulaşıb. Daha çox salatlarda mikroblara daha çox rast gəlinib”.

  

Eyyub Hüseynov deyir ki, istehlakçılara malın adı, istehsalçısı, onun yeri lazımdı: “Bu bir il ərzində skumberiyadan başqa heç bir məhsulun zəhərli olması deyilməyib. Biz isə 10 ildir bazarın təhlükəli mallarla dolu olduğunu deyirik. Spirtli içkilərin 50, spirtsiz içkilərin 40, süd məhsullarının 20 faizi yararsızdır. Həmin zərərli məhsulların nəticəsidir ki, Azərbaycan vətəndaşları tədricən zəhərlənmənin qurbanı olurlar. Ölkədə istehlakçı siyasəti yoxdur”.

 Ərzaq təhlükəsizliyi qanunu nədir?  

İmran Abdullayev isə əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün qanunun olduğunu söyləyir. Onun bildirdiyinə görə Yeyinti Məhsulları Haqqında qanunun 5-ci fəsli, 17-ci maddəsində əhalinin ərzaq təhlükəsizliyi məsələsi var. Həmin maddə ilə Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq vətəndaşların ərzaq təhlükəsizliyini təmin etməsi müəyyən edilib.

  

Azad İstehlakçılar Birliyinin sədri isə ərzağın təhlükəsizliyi ilə bağlı heç bir qanunun olmadığını deyir: “Dövlətin ancaq ərzaq təhlükəsizliyi proqramı var. Bu da ancaq ərzaq çatışmazlığı ilə bağlı proqramdır. Yəni ərzaq olmayanda yaranan təhlükədən bəhs edir. Ərzağın özünün təhlükəsizliyi ilə əlaqəsi yoxdur. Nazirliklər də danışanda deyirlər ki, dövlətin ərzaq təhlükəsizliyi ilə bağlı proqramı var. Elə bilirlər ki, bu proqram ərzağın özünün təhlükəsizliyini əhatə edir”. Eyyub Hüseynov qida haqqında qanun bazası dəyişməli olduğunu və bunun üçün Milli Məclisə Yeyinti Məhsulları Haqqında qanunun dəyişdirilməsi üçün təkliflər verdiklərini bildirdi.

 Ərzaq yoxlamaları  

GEM-in bölmə müdiri söyləyir ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra orqanı tərəfindən həyata keçirilir: “Həmin icra orqanının səlahiyyətlərini Gigiyena və Epidemialogiya Mərkəzi həyata keçirir. Bu nəzarət dövlət sanitar nəzarəti adlanır ki, bura məhsulların istehsalı, daşınması, satışı zamanı riayət olunmalı qaydalar aiddir. Sanitar-gigiyenik qaydalara riayət olunması ərzağın təhlükəsizliyi deməkdir.

  

Nəzarəti həyata keçirməyin əsas yolu budur ki, məhsulun istehlakçıya çatana qədər keçən bütün mərhələlərində - istehsal, daşınma, anbarda saxlama, satış - nəzarət həyat keçirilir. Bunun üçün xüsusi vəsiqələr verdiyimiz işçilər həmin istənilən vaxt, istənilən yerdə yoxlamalar apara bilərlər. Qaydalar pozularsa dövlətin verdiyi səlahiyyətlər çərçivəsində müəyyən tədbirlər görülür. Müəssisə sahiblərinin əməllərində cinayət tərkibi olduğunda məsələ hüquq mühafizə orqanlarına göndərilir.

  

Market işçisi Səbuhi Əhmədov deyir ki, hər bir məhsulu marketə firmanın öz maşını gətirir, onlar məhsulun pulunu verirlər, vəssalam. Onun dediyinə görə həmin məhsulların da hər birinin sənədi olur. Ancaq Səbuhi GEM-in yoxlanışlarından bezib: “Hərdən sanitariyadan yoxlama gəlir, “milçək var, mağaza təmiz deyil” deyib zəhləmizi tökürlər. Bir az pul verirsən çıxıb gedirlər. 10, 20 manat, baxır da...”

  

Eyyub Hüseynovun sözlərinə görə Azərbaycanda dövlət vaxtı keçmiş ərzaq məhsulunu məhv edəndə də ondan vergi alır: “Ona görə də sahibkar borcludur ki, həmin məhsulu da satsın”.

 "Koka-kola" zəhərlidirmi? 

İmran Abdullayev, Eyyub Hüseynov, Mehdi Qurbanov və Vəfa Hacıyeva bu ilki zəhərlənmələrə daha çox içkilərin, xüsusilə kola içkisinin səbəb olduğunu söyləyirlər. GEM-in Qidalanma Gigiyenası bölməsinin müdiri xüsusilə kola içkisinin saxlanmasına nəzarət olunmasınmınvacib olduğunu bildirir: “Bu içkinin günəş altında saxlanmaması barədə qanunda xüsusi qeyd olunub. Bu məhsulun tərkibi kommersiya sirri olaraq saxlanılır. Ancaq çox mürəkkəb tərkibi var.

  

Eyyub Hüseynov “Koka-Kola”nın dövlət işinə təsir edəcək qədər böyük şirkət olduğunu, buna görə də bəzi hallarda zəhərlənməyə səbəb olsa belə adının çəkilməməsinə nail olunduğunu deyir.

  

“Koka-Kola” şirkətindən isə “GÜN səhər”ə istehsal etdikləri məhsulların heç bir təhlükəsinin olmadığını bildirdilər: “Deyirdilər ki, Binə qəsəbəsindəki zəhərlənməyə “Koka-Kola” səbəb olub. Ancaq Sanitariyadan rəsmi bildirdilər ki, bu belə deyil. Orada zəhərlənməyə salat səbəb olub. Bizim içkilərin zəhərlədiyinə dair heç bir fakt yoxdur”.

   

İmran Abdullayev zəhərlənmələrin qarşısını almaq üçün satış yerlərinə ciddi nəzarətin həyata keçirilməsini düşünür: “İndiki kimi 10-15 yox, 100-150 manat cərimə olunsalar yəqin çətin ki, ikinci dəfə eyni qayda pozuntusuna yol verərlər. Alıcı məhsulu sertifikatı, qaiməsi, etiketi olmayan, vaxtı keçmiş malı qəbul edən mağazalardan almasın deyə əsas nəzarət satış obyektlərinə olmalıdır. Mağaza da məcbur olub təhlükəli malı almaz, o zaman həmin məhsulu hazırlayan şirkət, müəssisə də onun kimi məcbur olub o tip məhsullar hazırlamaz”.

  "Zəhərlənmələr qəsdən gizlədilir" 

Azad İstehlakçılar Birliyinin sədri isə Azərbaycanda müstəqil ekspertizanın olmadığını deyir.  Onun sözlərinə görə ölkədəki zəhərlənmələr təsadüfi deyil: “Bizdə nə statistika, nə dövlət orqanları tərəfindən zəhərlənmələrin qeydiyyatını aparılmır, dinamikası öyrənilmir. Burada da maraq var: sertifikat verən orqanla qida zəhərlənmələrini izləyən orqan bir əldə cəmləşib. Səhiyyə Nazirliyi bütün mallara sertifikat verir ki, təhlükəsizdir. Sonra həmin nazirlik necə deyə bilər ki, mənim sertifikat verdiyim məhsul zəhərləyib”.

   

Eyyub Hüseynov zəhərlənmələr haqqında məlumat verərək bu xəstəliyin normalda göründüyü kimi birdən-birə olmadığını bildirdi: “Bizdə ancaq birdən-birə zəhərlənənlərə “zəhərlənib” deyilir. Ancaq tədrici zəhərlənmələr də olur. Zəhərli məhsullar tədricən orqanizmdə toplaşır, insan ömrünün azalmasına səbəb olur, xərçəng kimi xəstəliklər yaranır. Azərbaycan əhalisinin əksəriyyəti bu yolla zəhərlənir...

                                                                                   Vüqar Baba 

 

Şərhlər(0)
241 oxunma
Araşdırmalar

Motoleybus, yoxsa motovay?

vuqar
Sentyabr 13, 2007 20:29

meze

Şərhlər(0)
193 oxunma
"GÜN səhər"dən FOTOMƏZƏ

Qəmzə, incitmə Qıratı

vuqar
Sentyabr 12, 2007 18:53

at

Şərhlər(0)
178 oxunma
"GÜN səhər"dən FOTOMƏZƏ

Əkiz qüllələr

vuqar
Sentyabr 11, 2007 21:01

“Dalğa” aksiya keçirib

  

                                                                     Vüqar Baba 

 

“Dalğa” Gənclər Hərəkatı ( GH )  11 sentyabr hadisələriylə əlaqədar ABŞ səfirliyi qarşısında aksiya keçirib. Hərəkat üzvləri polisin aksiya iştirakçılarını tutduğunu deyir.

  

“Dalğa” GH-nin sədri Ülvi Həsənli gənclərin aksiyasının qarşısının alınaraq onları Nəsimi rayonu 22-ci polis bölməsinə apardıqlarını: “Biz əlimizdə plakatlar, əkiz qüllələrin maketi ilə səfirliyə yaxınlaşanda polislər qabağımızı kəsdilər, bizi polis bölməsinə apardılar. Onlara səfirliyin xəbəri olduğunu və aksiyanı onlarla razılaşdırdığımızı desək də fikir vermədilər”.

  

Ülvi Həsənli onun polis kapitanıyla söhbət etdikdən sonra ancaq bir aksiyaçının maketi səfirliyin qarşısına qoymağa icazə verdiklərini söyləyir: “O da bir şərtlə, həmin “Dalğa”çını iki polis müşayət edəcək”.

 dalga   

Hərəkat rəhbərinin bildirdiyinə görə gənclərdən bir neçəsi səfirliklə əlaqə saxlayıb situasiya barədə onlara məlumat veriblər. Bundan sonra ABŞ elçiliyindən polislə əlaqə saxlanılıb və “Dalğa”çıların buraxılması xahiş olunub. Bundan sonra onlar azad edilib.

  

Bundan sonra gəncləri səfirlikdə siyasi büronun rəhbəri xanım Con Palaşekin qəbul etdiyi barədə məlumat verən Ülvi Həsənli qəbuldan sonra maketi və şüarı səfirlik nümayəndəsinə təqdim etdiklərini bildirir: “Sonra insanlığa qarşı yönəlmiş bütün vəhşilikləri, terroru pislədiyimizi bildirdik. Xanım Paşlek bizə təşəbbüsümüzə görə təşəkkür elədi. Polislərin hərəkətindən də təəssüfləndiyini söylədi”.

  

Nəsimi rayonu 22-ci polis bölməsinin növbətçisi İmanov isə belə bir hadisənin yaşanmadığını, bölməyə hansısa aksiya keçirmiş heç bir gəncin gətirilmədiyini bildirdi.

  

ABŞ səfirliyindən hadisəylə əlaqədar məlumat almaq cəhdimiz alınmayıb.

 

Şərhlər(0)
221 oxunma
İSTİ XƏBƏRLƏR

MƏKTƏBLİLƏR ÜÇÜN AÇIQ KONSERT

vuqar
Sentyabr 11, 2007 12:21

konsert


Şərhlər(0)
222 oxunma
"GÜN səhər"dən FOTOMƏZƏ

Bir əsgərin hekayəti

vuqar
Sentyabr 8, 2007 18:13

"Kimi ora kişi getdi, ancaq..."

     

BU YAZIDAKI HADİSƏLƏRİN HAMISI HƏQİQİƏTDİR

         

HADİSƏLƏRİ DOSTUM YAŞAYIB

              

Ümumiyyətlə mən əslində Müstəqil Azərbaycan Universitetində oxumalı idim. Ancaq əsgərliyə apardılar. Ağstafa rayonuna düşmüşdüm. Hərbi hissənin nömrəsini deməyəcəyəm ki, birdən məni taparlar.

  

“Əsgərlik kişilik məktəbidir” kəlməsini çox eşitmişdim. Mən də elə hesab edirdim. Hamısı səhv imiş, orada kişilik əldən gedir...

                  

Qarşılama

  

Elə ora çatan günü “dembl”lər bizə “qarşılama mərasimi” təşkil etmişdilər. Təzə gələnləri yanlarına çağırıb söhbətə başladılar. Bizə deyirdilər ki, əsgərlər arasında olan hadisələri böyük vəzifəlilərə, komandirlərə deməməliyik. İstənilən hadisəni onlara xəbər verənə burada çox pis baxırlar. Həmin adamlara ana-bacı söyüşü söyürlər. Yaxşısı budur ki, nə olur, olsun “kişilik göstərib” dözməliyik, heç nə deməməliyik...

  

Sonra hərə öz olduğu yerə getdi. Mən yerimdə uzandım. Xeyli sonra bir əsgər gəlib mənə dedi ki, kirli paltarları var, mən onları yumalıyam. Dedim yuxunda görərsən, güldü. Əlini atdı şalvarına remenini çıxartdı. Başladı məni vurmağa. Mən də heç qarşılıq göstərmirdim, eləcə qorunurdum. Qorxurdum ki, mən də onu vursam köhnə əsgərlər yığışıb məni lap pis günə qoyarlar. Axırda o özü bezdi, çıxıb getdi. Mənim bütün bədənim göynəyirdi, yıxıldım yerimə ki, dincəlim, gözümə yuxu gedib yatmışam. Başıma bir vedrə su töküləndə oyandım. Bayaqkı “dembl” idi. Dedi: “Qorxma, daha döyməyəcəyəm. Kişi adam çıxdın, həm dözdün, həm də gedib komandirə satmadın. Xəbər versəydin bilirsən də ....  çıxacaydın”. Soruşanda niyə döyürsən, dedi ki, guya məni yoxlayırmış. Paltarları yusam xidmətin axırına kimi “ÇMO” olacaymışam. Burada belədi: əgər yoxlamadan yaxşı çıxırsansa hörmətin olur, dəyib-dolaşmırlar, çox vaxt yanlarında gəzdirirlər. Yox, sındınsa vəssalam. Həmin adama paltar yudurdurlar, yerləri yığışdırdırlar, yeri süpürdür, sildirir, tualeti yudurdurlar. Düzdü bizdə paltar yumaq-zad “zapodlo” sayılsa da tualet təmizləyənə pis baxmırdılar. Özümüzün istifadə elədiyimiz yer idi də...

                           

"GAY"ləşdirmə

  

Səhər durmaq komandası veriləndə səksəndim, yerimdən qalxa bilmirdim ağrıdan. Birtəhər durub geyindim, getdim yemək yeməyə. Mal əti konservi ilə “perlovı” supu verirdilər. Bizim oturduğumuz stoldakı “dembel”lər dedilər ki, biz öz ət payımızı onlara verməliyik. Neçə vaxtdır buradadırlar, belə şeyləri onlar yeməlidir. Biz evdən təzə gəldiyimiz üçün sup bəsimizdi. Yeni gələnlərdən ancaq 5-6 nəfər konservi əti yeyə bildi. Onlar da “zver” idilər. Heç kəs onlara bir şey demirdi hələlik...

  

 

“Hələlik” deyirəm, çünki sonra onlardan birini lap biabırçı vəziyyətə qoymuşdular. Bodibildinqlə məşğul olan bir oğlan var idi. Təzə gələndə çox adam ondan çəkinirdi. "Şkaf" idi. Çox məşq etmişdi. Nə olsun, “dembel”lər onun da işini gördülər. Çoxdandı qız üzü görməyən əsgərlər ondan qadın kimi istifadə etdilər. Hər gün dörd-beş nəfərlə yatırdı. Burada belə oğlanlar çox idi. Elələri var idi ki, onları sındırırdılar, sonra da cinsi əlaqəyə girməyə məcbur edirdilər. Ancaq bəziləri var idi ki, əvvəlcədən qey idilər. Özləri başqa oğlanlara əl-qol atırdılar... Uşaqların başqa üsulu da var idi. Bəziləri hərbi hissənin həyətindəki eşşəklərlə də cinsi əlaqəyə girirdilər. Həmin heyvanlara ad da qoymuşdular. Misal üçün biri xeyli vaxt gözə dəyməyirdi, soruşanda ki, harada idin deyirdi “Təriş”in yanından gəlirəm. Nə bilim ey ba