Reklam verin!

"Vuqar Baba Picture" presents...

Gun gelecek, her kes bu bloq haqqinda danishacaq...

Blog Haqqında

vuqar
Günlərin bir günü (2007-ci ilin yaz aylarıydı) BDU-nun auditoriyasında dərs deyən Mayıl Dəmirli (müəllim) internetdən yaman danışırdı. Jurnlistika fakültəsi, 3-cü kurs tələbələri qarşısında müasir görsənmək və qoca yaşına rəğmən qızların bəyənisini qazanmaq üçün özünü veb ("web") aləmin ustadı kimi göstərməyə çalışırdı. Birdən qızlardan biri (Durna Səfərli) soruşur:"Müəllim sizin BLOQunuz var?" Müəllim gözünə döndüyüm də cavab verir ki:"Yox, mən siyasətlə məşğul olmuram". Hələ öz "təvazökarlığından" da geri qalmır ha: "Amma məni tanıyan hamı deyir ki, bir partiyadan, BLOKdan yarat hamı sənin ətrafında birləşəcək..." İndi müəlimim demişkən BURADA SİYASƏTLƏ MƏŞĞUL OLMURUQ, SADƏCƏ BLOQ ("BLOG") YAZIRIQ...

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

BLOG'umu bəyəndinizmi?




Açar sözlər

taksi  taxi  vuqar  xəbər  baba 

Sayqaç

  • İndi blogda: 16
  • Keçən ayın hiti: 1886
  • Dünənki hit: 54
  • Bugünki hit: 33
  • Ümumi hit: 16945

Müxtəlif

Bir əsgərin hekayəti

vuqar
Sentyabr 8, 2007 18:13

"Kimi ora kişi getdi, ancaq..."

     

BU YAZIDAKI HADİSƏLƏRİN HAMISI HƏQİQİƏTDİR

         

HADİSƏLƏRİ DOSTUM YAŞAYIB

              

Ümumiyyətlə mən əslində Müstəqil Azərbaycan Universitetində oxumalı idim. Ancaq əsgərliyə apardılar. Ağstafa rayonuna düşmüşdüm. Hərbi hissənin nömrəsini deməyəcəyəm ki, birdən məni taparlar.

  

“Əsgərlik kişilik məktəbidir” kəlməsini çox eşitmişdim. Mən də elə hesab edirdim. Hamısı səhv imiş, orada kişilik əldən gedir...

                  

Qarşılama

  

Elə ora çatan günü “dembl”lər bizə “qarşılama mərasimi” təşkil etmişdilər. Təzə gələnləri yanlarına çağırıb söhbətə başladılar. Bizə deyirdilər ki, əsgərlər arasında olan hadisələri böyük vəzifəlilərə, komandirlərə deməməliyik. İstənilən hadisəni onlara xəbər verənə burada çox pis baxırlar. Həmin adamlara ana-bacı söyüşü söyürlər. Yaxşısı budur ki, nə olur, olsun “kişilik göstərib” dözməliyik, heç nə deməməliyik...

  

Sonra hərə öz olduğu yerə getdi. Mən yerimdə uzandım. Xeyli sonra bir əsgər gəlib mənə dedi ki, kirli paltarları var, mən onları yumalıyam. Dedim yuxunda görərsən, güldü. Əlini atdı şalvarına remenini çıxartdı. Başladı məni vurmağa. Mən də heç qarşılıq göstərmirdim, eləcə qorunurdum. Qorxurdum ki, mən də onu vursam köhnə əsgərlər yığışıb məni lap pis günə qoyarlar. Axırda o özü bezdi, çıxıb getdi. Mənim bütün bədənim göynəyirdi, yıxıldım yerimə ki, dincəlim, gözümə yuxu gedib yatmışam. Başıma bir vedrə su töküləndə oyandım. Bayaqkı “dembl” idi. Dedi: “Qorxma, daha döyməyəcəyəm. Kişi adam çıxdın, həm dözdün, həm də gedib komandirə satmadın. Xəbər versəydin bilirsən də ....  çıxacaydın”. Soruşanda niyə döyürsən, dedi ki, guya məni yoxlayırmış. Paltarları yusam xidmətin axırına kimi “ÇMO” olacaymışam. Burada belədi: əgər yoxlamadan yaxşı çıxırsansa hörmətin olur, dəyib-dolaşmırlar, çox vaxt yanlarında gəzdirirlər. Yox, sındınsa vəssalam. Həmin adama paltar yudurdurlar, yerləri yığışdırdırlar, yeri süpürdür, sildirir, tualeti yudurdurlar. Düzdü bizdə paltar yumaq-zad “zapodlo” sayılsa da tualet təmizləyənə pis baxmırdılar. Özümüzün istifadə elədiyimiz yer idi də...

                           

"GAY"ləşdirmə

  

Səhər durmaq komandası veriləndə səksəndim, yerimdən qalxa bilmirdim ağrıdan. Birtəhər durub geyindim, getdim yemək yeməyə. Mal əti konservi ilə “perlovı” supu verirdilər. Bizim oturduğumuz stoldakı “dembel”lər dedilər ki, biz öz ət payımızı onlara verməliyik. Neçə vaxtdır buradadırlar, belə şeyləri onlar yeməlidir. Biz evdən təzə gəldiyimiz üçün sup bəsimizdi. Yeni gələnlərdən ancaq 5-6 nəfər konservi əti yeyə bildi. Onlar da “zver” idilər. Heç kəs onlara bir şey demirdi hələlik...

  

 

“Hələlik” deyirəm, çünki sonra onlardan birini lap biabırçı vəziyyətə qoymuşdular. Bodibildinqlə məşğul olan bir oğlan var idi. Təzə gələndə çox adam ondan çəkinirdi. "Şkaf" idi. Çox məşq etmişdi. Nə olsun, “dembel”lər onun da işini gördülər. Çoxdandı qız üzü görməyən əsgərlər ondan qadın kimi istifadə etdilər. Hər gün dörd-beş nəfərlə yatırdı. Burada belə oğlanlar çox idi. Elələri var idi ki, onları sındırırdılar, sonra da cinsi əlaqəyə girməyə məcbur edirdilər. Ancaq bəziləri var idi ki, əvvəlcədən qey idilər. Özləri başqa oğlanlara əl-qol atırdılar... Uşaqların başqa üsulu da var idi. Bəziləri hərbi hissənin həyətindəki eşşəklərlə də cinsi əlaqəyə girirdilər. Həmin heyvanlara ad da qoymuşdular. Misal üçün biri xeyli vaxt gözə dəyməyirdi, soruşanda ki, harada idin deyirdi “Təriş”in yanından gəlirəm. Nə bilim ey başqa-başqa qız adları qoymuşdular eşşəklərə...

                    

Maddi sınaq

  

Sonra... komandir uşaqlara məzuniyyəti bir şərtlə verirdi ki, qayıdanda ona pul gətirsinlər. Gedib əliboş qayıdanlar, ya razılaşdıqlarından az pul gətirənlər olsa idi işləri bitirdi. Onları ölümcül olana qədər döyürdülər. Zabitlərin gözündən düşənin qanı gedirdi. Həmin adamlara nələr eləmirdilər. Elə olurdu əleyhqazları geyindirib qaçırdırdılar. Onu adi halda taxanda adam güclə nəfəs alır, o da qaldı qaçanda. Bir dəfə yuxudan gec qalxdığıma görə komandirim mənə də o zülmü vermişdi. Günün altında başımda əleyhqaz o qədər qaçmışdım ki, nəfəs çatışmazlığından ürəyim partlayır, gözüm çıxırdı... Xoşlarına gəlməyənləri gah çarpayıların altı ilə süründürür, gah ağır yüklər daşıtdırır, çox vaxt isə döyürdülər...

                                  

Onlar bizi, biz sizi...

  

Hər üç aydan sonra vəziyyət bir az dəyişir. Ən böyüklər evə gedir, əvəzində təzələri gəlirdi. Bizdən sonra gələnlərə də biz əziyyət verirdik. Əsgərliyin qanunu belədir: “Məndən qabaqkılar məni, mən də məndən sonrakını əzməliyəm”. Hə, üç ay keçəndən sonra bizim də dilimizə ət dəydi. İndi biz “dux”lara “zakon” qoyurduq. “Dembel”lər bizi işlədirdi, pulumuzu alırdı, biz də eyni şeyi özümüzdən balacalara edirdik. Düzdür, hərdən fikirləşirdik ki, biz özümüz təzə gələndə də belə idik, axı bunlar da uşaqdır. Ancaq kimdənsə qisasımızı almalı idik. Adam yanır axı hirsindən...

                                           

Əlvida, "kişilik məktəbi"

  

Ən qəribə hissləri isə qayıdan günü keçirirdik. Heç kim inanmırdı ki, evə gedir. Sevincdən ağlamağımız gəlirdi. Qapıdan çölə çıxanda qoyduq ey üstünə. Mən bir-iki həftə inanmırdım ki, doğurdan da evdəyəm. O günlər yadıma düşəndə dəli oluram. Kimi getdiyi kimi gəldi, kimi kişi getdi, ancaq...


Şərhlər(4)
192 oxunma
Feature stories


1
Vusal yazıb:

Hərbimiz nə vaxt düzələcək?

Sentyabr 26, 2007 10:28
2
suleyman yazıb:

sonra da pul verib herbiden yayinana pis baxirlar.tupurum bele herbiye !!!!!!!!!!!!!!

Dekabr 1, 2007 20:43
3
Molodoy yazıb:

Herbinin bele olmagina sebeb esgerlerinin ozunun bele olmasidi, bunu da kim duzelde biler ki,ozumuz deyismeliyik.
P.S bugun bizden xidmet cekeceyimiz casta aparmaq ucun 20 manat yol pulu aldilar...

İyul 2, 2008 0:25
4
Banu yazıb:

He deshetli bir shey imish ki bu esgerlik.Duzu hemishe deyendeki esgerlik kishilik mektebidi deyirdim eshi ora getmese kishi deyil,yalniz orda bahs verenlere gore yox sadece menim uchun bele idi.kishi kishi olaraq qalir ister ora getsin ya getmesin.Bu il bir nece dostlarimi esger yola saldim.her gun demek olar onlarin gunlerini syairdim qiciqlandirirdim ki bes bu geder gunuvuz qalib nebilim cox zarafatlashirdim onlarda mana gulselerde hiss edirdim getmek istemirler.Dushunurdum yegin ailelerinden yaxinlarinda ayrilmaq istemirler amma bu mektubu oxuyandan sonra he anlayiram ki sen deme neler olurmush oralarda.men oz zarafatlarimla ne geder ezab vermishem onlara vay vay))))).Beledeki bura Azerbaycandi ve nece var hemishe belede qalacaq.istesekde istemesekde.

P.S Mence her 3aydan bir veziyyet deyishende yenilere kohneler eziyyet vermeseler belkede bunun qarshisini almaq olar amma oda ki ....eh neise.Butun esger gedenlere yashi yol sag salamat gedib gelesiz en esasi alni aciq qayidarsiz.Ugurlar.Allah amaninda

İyul 8, 2008 22:56

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com