Reklam verin!

"Vuqar Baba Picture" presents...

Gun gelecek, her kes bu bloq haqqinda danishacaq...

Blog Haqqında

vuqar
Günlərin bir günü (2007-ci ilin yaz aylarıydı) BDU-nun auditoriyasında dərs deyən Mayıl Dəmirli (müəllim) internetdən yaman danışırdı. Jurnlistika fakültəsi, 3-cü kurs tələbələri qarşısında müasir görsənmək və qoca yaşına rəğmən qızların bəyənisini qazanmaq üçün özünü veb ("web") aləmin ustadı kimi göstərməyə çalışırdı. Birdən qızlardan biri (Durna Səfərli) soruşur:"Müəllim sizin BLOQunuz var?" Müəllim gözünə döndüyüm də cavab verir ki:"Yox, mən siyasətlə məşğul olmuram". Hələ öz "təvazökarlığından" da geri qalmır ha: "Amma məni tanıyan hamı deyir ki, bir partiyadan, BLOKdan yarat hamı sənin ətrafında birləşəcək..." İndi müəlimim demişkən BURADA SİYASƏTLƏ MƏŞĞUL OLMURUQ, SADƏCƏ BLOQ ("BLOG") YAZIRIQ...

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

BLOG'umu bəyəndinizmi?




Açar sözlər

taksi  taxi  vuqar  xəbər  baba 

Sayqaç

  • İndi blogda: 39
  • Keçən ayın hiti: 1886
  • Dünənki hit: 54
  • Bugünki hit: 56
  • Ümumi hit: 16968

Müxtəlif

Əhalini kim, necə zəhərləyir?...

vuqar
Sentyabr 14, 2007 12:08

Ölkədə ərzaq təhlükəsizliyi qanunu

və siyasəti yoxdur

  

                                                                        Vüqar Baba 

  

Keçən həftə Qala qəsəbəsində yerləşən bir hərbi hissədə qida zəhərlənməsi olub. 25 nəfər zəhərlənib. Zəhərlənməyə nəyin səbəb olduğu açıqlanmır. Məlumatı “GÜN səhər”ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib.

  

Qaladakı zəhərlənmə sentyabr ayında baş verən analoji hadisələrdən biridir: Ötən həftə “Yaddaş” qəzetinin kollektivi qidadan kütləvi zəhərlənib və qəzetin bir sayını çıxarmaq mümkün olmamışdı... Sentyabrın 4-ü Binə qəsəbəsindəki toyda 200-ə yaxın şəxs zəhərlənib. Onların 28-i uşaq olmaqla 60-a qədəri xəstəxanalara yerləşdirilmişdi. Zərərçəkmişlər zəhərlənməyə “Koka-kola”nın, Gigiyena və Epidemialogiya Mərkəzi isə salatın səbəb olduğunu bildirdi... Ayın 8-i Bərdədə keçirilən toy məclisində 29 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya müraciət edib... 10 sentyabrda Xanlarda toy mərasimində kütləvi zəhərlənmə baş verib. 40-a yaxın toy iştirakçılarının nədən zəhərləndiyi dəqiq bilinmir...

zeherlenme

                                                                  ***

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov zəhərlənmələr haqqında məlumat verərək bu xəstəliyin normalda göründüyü kimi birdən-birə olmadığını bildirdi: “Bizdə ancaq birdən-birə zəhərlənənlərə “zəhərlənib” deyilir. Ancaq tədrici zəhərlənmələr də olur. Zəhərli məhsullar tədricən orqanizmdə toplaşır, insan ömrünün azalmasına səbəb olur, xərçəng kimi xəstəliklər yaranır. Azərbaycan əhalisinin əksəriyyəti bu yolla zəhərlənir... 

Həkim məsləhəti

Əbülfəz Qarayev adına Uşaq Xəstəxanasının Yoluxucu Xəstəliklər kafedrasının dosenti Mehdi Qurbanov və 5 saylı Uşaq Yoluxucu Xəstəxanasının reanimotoloq həkimi Vəfa Hacıyeva son aylar kütləvi zəhərlənmələrdən xəstəxanalara müraciət edənlərin kəskin artığını bildirir. Həkimlər bu xəstəliyin çox təhlükəli fəsadlarının olduğunu söyləyir. Onların bildirdiyinə görə zəhərlənmə qana keçə bilər. Qanla sinir sisteminə təsir edən zəhər ensifalapatiya – xəstənin huşunu itirməsinə səbəb ola bilər. Ağır hallarda isə insifalitə gətirib çıxarır, yəni xəstədə qıcolmalar yaranır. Güclü zəhərlənmələr ölümlə nəticələnə də bilər.

  

Vəfa Hacıyeva evdə yeməklərin alüminium qabda saxlanmasının təhlükəli olduğunu deyir: “Alüminium, mis qazanların oksidləşməsi zəhərlənməyə səbəb olur. Bu qabda yemək saxlamaq, çox təhlükəlidir. Evdə bişirilən şorabalar da zəhərlənməyə səbəb ola bilər.

  "Bazardakı ərzaq zəhərlidir" 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov iyul ayında İqtisadi İnkişaf Nazirliyinin ölkənin ərzaq bazarında təhlükə olduğunu elan etdiyini deyir: “Elan etdilər ki, Gəncə zonasında əmtəə bazarında olan qidaların 47 faizi, Bakıda 25 faizi insan həyatı üçün təhlükəlidir və istifadəyə yararsızdır. İqtisadi İnkişaf Nazirliyinin qurumunun bu bəyanatı Azərbaycan tarixində ilk dəfə idi ki, dövlət orqanları tərəfindən rəsmən qida ilə bağlı təhlükəli vəziyyət rəmən səsləndirilirdi. Lakin təəssüflər olsun ki, malın adı heç vaxt deyilmir. Bazara nəzarət edən İqtisadi İnkişaf Nazirliyinin bir neçə qurumu, Standartlaşma və Patent üzrə dövlət agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhər İstehlak Bazarına Xidmət Departamenti, gigiyena qurumları və digər qurumlar hamısı reydlər, monitorinqlər keçirir, ancaq heç bir ad açıqlanmır. Bizdə zəhərlənməni amorf bir şeyin üstünə atırlar. Ya zəhərlənmələrin salatdan olduğunu deyirlər, onun da içində müxtəlif məhsullar olur, gah yeməyi hazırlayanın səhlənkarlığında, qidanı mikrobladığında görürlər səbəbi. Elə Binə qəsəbəsindəki toydakı kimi. Gigiyena və Epidemilaogiya Mərkəzi ( GEM ) zəhərlənmənin salatdan olduğunu deyib. Günahı da yemək hazırlayanda görüb. Kölgəni öldürmək istəyirlər, canlı qalır o yanda.

  

GEM-in Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev Binədəki zəhərlənmə haqqında “GÜN səhər”ə bunları dedi: “Binə qəsəbəsində toyda zəhərlənmənin səbəbini müəyyənləşdirmişik. Aparılmış sorğu, yeməklərdən, içkilərdən götürülmüş nümunələr, həm böyüklərdən, həm kiçiklərdən alınmış analizlər, qusuntu materiallarından alınan nümunələr əsasında müəyyən olunub ki, yeməyi hazırlayanlar onu çirkləndiriblər. İkinci dərəcəli çirklənmə - bişirmə, doğrama zamanı mikrobla infeksiyalaşdırır. Yəni, burada belə olub ki, yeməyi bişirdikdən sonra saatlarla açıq havada saxlayıblar, mikrob bulaşıb. Daha çox salatlarda mikroblara daha çox rast gəlinib”.

  

Eyyub Hüseynov deyir ki, istehlakçılara malın adı, istehsalçısı, onun yeri lazımdı: “Bu bir il ərzində skumberiyadan başqa heç bir məhsulun zəhərli olması deyilməyib. Biz isə 10 ildir bazarın təhlükəli mallarla dolu olduğunu deyirik. Spirtli içkilərin 50, spirtsiz içkilərin 40, süd məhsullarının 20 faizi yararsızdır. Həmin zərərli məhsulların nəticəsidir ki, Azərbaycan vətəndaşları tədricən zəhərlənmənin qurbanı olurlar. Ölkədə istehlakçı siyasəti yoxdur”.

 Ərzaq təhlükəsizliyi qanunu nədir?  

İmran Abdullayev isə əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün qanunun olduğunu söyləyir. Onun bildirdiyinə görə Yeyinti Məhsulları Haqqında qanunun 5-ci fəsli, 17-ci maddəsində əhalinin ərzaq təhlükəsizliyi məsələsi var. Həmin maddə ilə Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq vətəndaşların ərzaq təhlükəsizliyini təmin etməsi müəyyən edilib.

  

Azad İstehlakçılar Birliyinin sədri isə ərzağın təhlükəsizliyi ilə bağlı heç bir qanunun olmadığını deyir: “Dövlətin ancaq ərzaq təhlükəsizliyi proqramı var. Bu da ancaq ərzaq çatışmazlığı ilə bağlı proqramdır. Yəni ərzaq olmayanda yaranan təhlükədən bəhs edir. Ərzağın özünün təhlükəsizliyi ilə əlaqəsi yoxdur. Nazirliklər də danışanda deyirlər ki, dövlətin ərzaq təhlükəsizliyi ilə bağlı proqramı var. Elə bilirlər ki, bu proqram ərzağın özünün təhlükəsizliyini əhatə edir”. Eyyub Hüseynov qida haqqında qanun bazası dəyişməli olduğunu və bunun üçün Milli Məclisə Yeyinti Məhsulları Haqqında qanunun dəyişdirilməsi üçün təkliflər verdiklərini bildirdi.

 Ərzaq yoxlamaları  

GEM-in bölmə müdiri söyləyir ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra orqanı tərəfindən həyata keçirilir: “Həmin icra orqanının səlahiyyətlərini Gigiyena və Epidemialogiya Mərkəzi həyata keçirir. Bu nəzarət dövlət sanitar nəzarəti adlanır ki, bura məhsulların istehsalı, daşınması, satışı zamanı riayət olunmalı qaydalar aiddir. Sanitar-gigiyenik qaydalara riayət olunması ərzağın təhlükəsizliyi deməkdir.

  

Nəzarəti həyata keçirməyin əsas yolu budur ki, məhsulun istehlakçıya çatana qədər keçən bütün mərhələlərində - istehsal, daşınma, anbarda saxlama, satış - nəzarət həyat keçirilir. Bunun üçün xüsusi vəsiqələr verdiyimiz işçilər həmin istənilən vaxt, istənilən yerdə yoxlamalar apara bilərlər. Qaydalar pozularsa dövlətin verdiyi səlahiyyətlər çərçivəsində müəyyən tədbirlər görülür. Müəssisə sahiblərinin əməllərində cinayət tərkibi olduğunda məsələ hüquq mühafizə orqanlarına göndərilir.

  

Market işçisi Səbuhi Əhmədov deyir ki, hər bir məhsulu marketə firmanın öz maşını gətirir, onlar məhsulun pulunu verirlər, vəssalam. Onun dediyinə görə həmin məhsulların da hər birinin sənədi olur. Ancaq Səbuhi GEM-in yoxlanışlarından bezib: “Hərdən sanitariyadan yoxlama gəlir, “milçək var, mağaza təmiz deyil” deyib zəhləmizi tökürlər. Bir az pul verirsən çıxıb gedirlər. 10, 20 manat, baxır da...”

  

Eyyub Hüseynovun sözlərinə görə Azərbaycanda dövlət vaxtı keçmiş ərzaq məhsulunu məhv edəndə də ondan vergi alır: “Ona görə də sahibkar borcludur ki, həmin məhsulu da satsın”.

 "Koka-kola" zəhərlidirmi? 

İmran Abdullayev, Eyyub Hüseynov, Mehdi Qurbanov və Vəfa Hacıyeva bu ilki zəhərlənmələrə daha çox içkilərin, xüsusilə kola içkisinin səbəb olduğunu söyləyirlər. GEM-in Qidalanma Gigiyenası bölməsinin müdiri xüsusilə kola içkisinin saxlanmasına nəzarət olunmasınmınvacib olduğunu bildirir: “Bu içkinin günəş altında saxlanmaması barədə qanunda xüsusi qeyd olunub. Bu məhsulun tərkibi kommersiya sirri olaraq saxlanılır. Ancaq çox mürəkkəb tərkibi var.

  

Eyyub Hüseynov “Koka-Kola”nın dövlət işinə təsir edəcək qədər böyük şirkət olduğunu, buna görə də bəzi hallarda zəhərlənməyə səbəb olsa belə adının çəkilməməsinə nail olunduğunu deyir.

  

“Koka-Kola” şirkətindən isə “GÜN səhər”ə istehsal etdikləri məhsulların heç bir təhlükəsinin olmadığını bildirdilər: “Deyirdilər ki, Binə qəsəbəsindəki zəhərlənməyə “Koka-Kola” səbəb olub. Ancaq Sanitariyadan rəsmi bildirdilər ki, bu belə deyil. Orada zəhərlənməyə salat səbəb olub. Bizim içkilərin zəhərlədiyinə dair heç bir fakt yoxdur”.

   

İmran Abdullayev zəhərlənmələrin qarşısını almaq üçün satış yerlərinə ciddi nəzarətin həyata keçirilməsini düşünür: “İndiki kimi 10-15 yox, 100-150 manat cərimə olunsalar yəqin çətin ki, ikinci dəfə eyni qayda pozuntusuna yol verərlər. Alıcı məhsulu sertifikatı, qaiməsi, etiketi olmayan, vaxtı keçmiş malı qəbul edən mağazalardan almasın deyə əsas nəzarət satış obyektlərinə olmalıdır. Mağaza da məcbur olub təhlükəli malı almaz, o zaman həmin məhsulu hazırlayan şirkət, müəssisə də onun kimi məcbur olub o tip məhsullar hazırlamaz”.

  "Zəhərlənmələr qəsdən gizlədilir" 

Azad İstehlakçılar Birliyinin sədri isə Azərbaycanda müstəqil ekspertizanın olmadığını deyir.  Onun sözlərinə görə ölkədəki zəhərlənmələr təsadüfi deyil: “Bizdə nə statistika, nə dövlət orqanları tərəfindən zəhərlənmələrin qeydiyyatını aparılmır, dinamikası öyrənilmir. Burada da maraq var: sertifikat verən orqanla qida zəhərlənmələrini izləyən orqan bir əldə cəmləşib. Səhiyyə Nazirliyi bütün mallara sertifikat verir ki, təhlükəsizdir. Sonra həmin nazirlik necə deyə bilər ki, mənim sertifikat verdiyim məhsul zəhərləyib”.

   

Eyyub Hüseynov zəhərlənmələr haqqında məlumat verərək bu xəstəliyin normalda göründüyü kimi birdən-birə olmadığını bildirdi: “Bizdə ancaq birdən-birə zəhərlənənlərə “zəhərlənib” deyilir. Ancaq tədrici zəhərlənmələr də olur. Zəhərli məhsullar tədricən orqanizmdə toplaşır, insan ömrünün azalmasına səbəb olur, xərçəng kimi xəstəliklər yaranır. Azərbaycan əhalisinin əksəriyyəti bu yolla zəhərlənir...

                                                                                   Vüqar Baba 

 

Şərhlər(0)
241 oxunma
Araşdırmalar


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com