Reklam verin!

"Vuqar Baba Picture" presents...

Gun gelecek, her kes bu bloq haqqinda danishacaq...

Blog Haqqında

vuqar
Günlərin bir günü (2007-ci ilin yaz aylarıydı) BDU-nun auditoriyasında dərs deyən Mayıl Dəmirli (müəllim) internetdən yaman danışırdı. Jurnlistika fakültəsi, 3-cü kurs tələbələri qarşısında müasir görsənmək və qoca yaşına rəğmən qızların bəyənisini qazanmaq üçün özünü veb ("web") aləmin ustadı kimi göstərməyə çalışırdı. Birdən qızlardan biri (Durna Səfərli) soruşur:"Müəllim sizin BLOQunuz var?" Müəllim gözünə döndüyüm də cavab verir ki:"Yox, mən siyasətlə məşğul olmuram". Hələ öz "təvazökarlığından" da geri qalmır ha: "Amma məni tanıyan hamı deyir ki, bir partiyadan, BLOKdan yarat hamı sənin ətrafında birləşəcək..." İndi müəlimim demişkən BURADA SİYASƏTLƏ MƏŞĞUL OLMURUQ, SADƏCƏ BLOQ ("BLOG") YAZIRIQ...

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

BLOG'umu bəyəndinizmi?




Açar sözlər

taksi  taxi  vuqar  xəbər  baba 

Sayqaç

  • İndi blogda: 14
  • Keçən ayın hiti: 1886
  • Dünənki hit: 54
  • Bugünki hit: 31
  • Ümumi hit: 16943

Müxtəlif

"Erməni qəbiristanlığı"ndan reportaj

vuqar
Sentyabr 22, 2007 14:21

Məzar transferi

                                                        Vüqar Baba 

  

Biri 10, başqası 20, əksəriyyəti isə 100 ildən çoxdur burada uyuyur. Yevqeni Andreyevnanı, Sarkisovu, Viktor Mixayloviçi, Zoya Petrovnanı, Nina Pavlovnanı və başqalarını dəfn edəndə “son mənzilə yola salırıq” deyiblər, ancaq basdırıldıqları məzarlar da onların son mənzilləri olmadı...

    xristian qebirstanligi

“Rus qəbiristanlığı”, yaxud “erməni qəbiristanlığı” adlanan Nərimanov rayonundakı böyük məzarlığın köçürülməsinə başlanandan onun ətrafında müxtəlif söhbətlər gəzir. Rəsmi mənbələr həmin ərazidə yol çəkiləcəyini, qeyri-rəsmi mənbələr isə başqa səbəbdən köçürülmələr olduğunu söylədi. Orada dövlət məmurlarından kiminsə tikinti aparmaq istədiyi deyildi. Qəbir sahiblərindən televiziyaya çıxanlar məzarların daşınmasından razı olduqlarını bildirdilər, TV-yə çıx(arıl)mayanların isə yaxınlarının qəbirlərinin yerindən tərpənməsinə belə qarşı çıxdıqlarını dedilər. Gəzən bu söz-söhbətlər ardınca “GÜN səhər” həmin məzarlığı gəzməyə getdi...

  

Azərbaycan Dövlət İqtisad Universitetinin arxasında – “erməni qəbirstanlığı”nda fəhlələr işləyirdi. Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri məzarlığın ətrafına dəmir hasar çəkirdilər. Bayırda da 7-8 tabut yığılmışdı. Qəbiristanlığın ortasında, təxminən 100 metrlik zolaqda artıq heç bir qəbir yox idi. Həmin ərazidə ancaq dağıdılmış başdaşılarının parçaları və içi plastik sok qabları ilə dolmuş 10-15 qəbir çuxuru var idi. Bir də 10 metr enliyində qumlu yol. Əvvəl yolun da, dağıntıların da altında qəbirlər olub. İndi... Bilinmir.

  

Qəbiristanlığın girişində yaşıl bir çadır var idi. Fəhlələr “icra hakimiyyətinin adamları orada oturub, bu işə onlar baxır” deyib bizi çadıra doğru yönəltdilər. Ora yaxınlaşıb jurnalist olduğumuzu və bizə İcra Hakimiyyətinin ( İH )nümayəndəsi lazım olduğunu bildirdik. Özünü İH-nin işçisi kimi təqdim edən şəxs qəbir sahiblərini bu çadırda qəbul etdiklərini dedi: “Yaxınlarının məzarları daşınacaq adamlar həmin qəbirləri göstərir, biz də həmin qəbirləri qazır, tabuta qoyur və Hövsandakı qəbiristanlığa, basdırmağa aparırıq. Burada 5 küçə olmalıdır. Qəbiristanlığın ərazisindən bir-biri ilə kəsişən 5 yol keçməlidir. Hələlik bu qədər yeri təmizləyirik. Bir azdan həmin yollar üçün daha böyük ərazi qəbirlərdən təmizlənəcək”. Bunları deyən şəxsdən adını və vəzifəsini soruşanda isə gülümsədi və özünü tanıtmaqdan imtina etdi.

  

Qəbiristanlığın bir tərəfində səs-küy qopdu. 25-30 gənc qəbiristanlığın müdiri Kamran Məmmədovla mübahisə edirdi. Səslər bir-birinə qarışmışdı: “Mən 5 qəbir qazmışam, Samir 3. Pulumun qalanını ver”, “Mənə imkan vermədilər qazmağa”, “Əfəl tapmamısan e, tez ol qazdığım qəbirlərin hamısının pulunu ver...” və başqa-başqa tələblər. Kamran Məmmədov hamısına pullarının çatacaqlarını vəd verib onlardan aralandı, bizə tərəf gəldi. Qəbiristanlıq müdiri bizə mübahisənin sənədləşdirmə işində bəzi adların səhv yazılmasına görə yarandığını bildirdi. Onun dediyinə görə hər bir fəhlə günə təxminən 20-30 manat alır. Həmin fəhlələrin çıxardıqları qəbirlər Hövsana aparılır”.

  

Öz atalarını ziyarətə gələn bacı-qardaş – Əli Qəmbərovla Gülarə Səfərova isə yaxınlarının məzarının köçürülməsinə qarşı olduqlarını dedilər. Gülarə Səfərova atalarının müsəlman olduğunu və dinə görə qəbir köçürməsinin yasaq olduğunu söylədi: “Dövlət də hamısını Hövsana köçürür. Ora çox uzaq olduğu üçün gərək mən öz pulumla təzədən başqa yaxın bir yerdə dəfn etdirim atamı” deyib kövrəlir, danışa bilmir...

  

Lara Mədətovanın həm atası, həm oğlu dəfn olunub burada. Onlar xristiandılar. Ancaq Lara Mədətova da öz yaxınlarının qəbirlərinin köçürülməsinə qarşıdır.

  

Orada olduğumuz iki saat ərzində cəmi iki ziyarətçi gördük. İkisi də köçdən narazı...

 

Şərhlər(4)
427 oxunma
REPORTAJLAR


1
Aynur Bəşirli yazıb:

Vüqar, gördüklərini yazmaq yaxşı şeydir, amma necə yazmaq ondan da vacibdir. Mən sənin yerində olsa idim, qəbiristanlıqdan reportaji fotoreportaj kimi verərdim. Onda fəhlələr də, adını deməyən rəsmi də, ziyarətə gələnlər də daha vizual olardılar. Təbii ki, sitatlarla bir yerdə. Bu olardı bir günün təəssüratı. Sənin versiyanda isə yenə yarımçıqlıq və tələskənlik var. Hövsana niyə getməmisən? Deyəsən, axır vaxtlar vaxtın daralıb, yazılar sona qədər bişmir...

Sentyabr 27, 2007 6:07
2
Vuqar Baba yazıb:

Salam, Aynur muellime.
Mene jurnalistikani oyreden muellimlerimin menim yazilarimi oxumasi cox sevindiricidir. Hele yazilarima munasibet bildirmesi lap eladi. Cox sag olun,muellime.
Hemin yerden 50-den cox maraqli foto cekmishem. Evvel men de fotoreportaj etmek istedim. Ancaq bu blogda her yaziya cemi bir foto yerleshdirmek oldugu ucun buna imkan olmadi.
He,muellime,qezetimiz gundeliye,derslerimiz ikinci novbeye kecenden vaxtim cox az olur. Ustegel tapshirilan yazini hemiin gun tehvil vermeyimizi isteyirler...
"COMMENT" UCUN SIZE TESEKKUR EDIREM...

Sentyabr 27, 2007 18:33
3
Sabina yazıb:

oz aramizdi butun iradlara ela behane tapa bilirsen evil

Oktyabr 1, 2007 13:11
4
Vüqar Baba yazıb:

Səbinə, öz aramızdı, sən hələ "bəhanə" və "səbəb" sözləri arasındakı fərqi ayıra bilmirsən lol

Oktyabr 2, 2007 10:50

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com