Reklam verin!

"Vuqar Baba Picture" presents...

Gun gelecek, her kes bu bloq haqqinda danishacaq...

Blog Haqqında

vuqar
Günlərin bir günü (2007-ci ilin yaz aylarıydı) BDU-nun auditoriyasında dərs deyən Mayıl Dəmirli (müəllim) internetdən yaman danışırdı. Jurnlistika fakültəsi, 3-cü kurs tələbələri qarşısında müasir görsənmək və qoca yaşına rəğmən qızların bəyənisini qazanmaq üçün özünü veb ("web") aləmin ustadı kimi göstərməyə çalışırdı. Birdən qızlardan biri (Durna Səfərli) soruşur:"Müəllim sizin BLOQunuz var?" Müəllim gözünə döndüyüm də cavab verir ki:"Yox, mən siyasətlə məşğul olmuram". Hələ öz "təvazökarlığından" da geri qalmır ha: "Amma məni tanıyan hamı deyir ki, bir partiyadan, BLOKdan yarat hamı sənin ətrafında birləşəcək..." İndi müəlimim demişkən BURADA SİYASƏTLƏ MƏŞĞUL OLMURUQ, SADƏCƏ BLOQ ("BLOG") YAZIRIQ...

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

BLOG'umu bəyəndinizmi?




Açar sözlər

taksi  taxi  vuqar  xəbər  baba 

Sayqaç

  • İndi blogda: 27
  • Keçən ayın hiti: 1886
  • Dünənki hit: 54
  • Bugünki hit: 44
  • Ümumi hit: 16956

Müxtəlif

Barlardan reportaj

vuqar
Sentyabr 26, 2007 18:04

Barlı Bakı

..................................................

                                                                     Vüqar Baba 

  

- Qəşəng qız, gəl bizim stolda otur. Ceyran, sənnənəm.

 

- “Ceyran” ha!.. “Çuşka” ha-ha-ha...

 

Bir az keçir “qonaqpərvər” əsəbiləşir. Qızlardan birini dartıb öz masasında əyləşdirir. Qız onu “qrubiyan” (dilimizə tərcüməsi “kobud”) adlandırır, qalxıb öz rəfiqələrinin yanında əyləşir. Digər masada oturan 4 qızın yanında. Elə oğlanlar da 5 nəfər idi. Öz aralarında qızları bölüşdürmüşdülər. “Hərəmizə biri” də demişdilər az əvvəl. Daha sonra qızların oğlanlara üz vermədiyini görən biri həmin “ceyran”lara qarşı masadakılarla maraqlanmağı tapşırdı. Bayaq oğlanlara tərs cavab verən indi onların yanında özünə yer eylədi. Gur musiqi səsi onlar arasındakı söhbəti aydın eşitməyə imkan vermirdi. Bircə: “15 “şirvan” çoxdu. Aşağı yeri var?” Və: “Yox. Onu mənimdi, beşi saunanın”. – kimi qiymət alış-verişinin getdiyini eşitdik. Razılığa gəlmədilər və oğlanlar içdikləri pivənin pulunu verib getdilər.

  

Gecəyə doğru “LAYF” adlı barın müştəriləri artırdı. Boş masa qalmadığından qızlar oturduqları yerdən qaldırıldı. Yarısı barın önündə oturdular, yarısı da skamyada əyləşdi. Tez-tez durub rəqs edirdilər. Diqqət çəkmək üçün müştərilərin qarşısında. Hərdən də arxa otaqlardan çıxan qızlar gözə dəyirdi. Qızlar gözlərini oğlanlara zilləyirdilər. Biri romantik görünməyə çalışırdı. Mənə baxırdı.

  

Başqa barları da gəzdik. Vəziyyət oxşar idi: gur musiqi, rəqs, diqqət (və başqa hisslər) oyadan qızlar....

  

“Black House”da xüsusi məqsədlər üçün nəzərdə tutulmuş otaqlar yox idi. Barda tanış olduğumuz Nərgizlə Aytən (adlar dəyişdirilib) belə dedilər. Lakin qız, özü də açıq-saçıq geyimlilər bol idi. Hərəkətləri – rəqsləri, masaların yanında gəzişləri, geyimləri və belə xırda detallar onların pullu xidmət üçün burada olduqlarını deyirdi. Bəs harada göstəriləcəkdi bu xidmət? Sonra öyrəndik ki, burada “çıxma” prinsipi əsasında işlər aparılır. Yəni oğlan kimisə bəyənir və onunla yatmaq üçün müəyyən pulun miqdarında saunaya, ya da evə gedirlər. Qızı bardan çıxarmaq oğlana 150-200 min manata başa gəlir. Bazarlıq qabiliyyəti çox, pulu az olanlar qiyməti 100 min manata qədər endirə bilirlər. Bu qiymət həm də yerində “xidmət” göstərən qızlara da aid edilir.


 

Nərgizlə Aytən bacıdırlar. Birinin 18, digərinin 19 yaşı var. Yaşca böyük – Aytən son iki ilə qədər İran İslam Respublikasında yaşayıb. Oranın qaydaları hamını hicab geyinməyə məcbur edir, lakin o özü də belə geyim tərzini sevirmiş. Bizə orada çəkdirdiyi şəkillərini göstərdi. Hicab doğrudan da ona çox yaraşmışdı.

  

Kiçiyi – Nərgiz isə yerində dura bilmirdi. Elə hey rəqs edirdi. Hərdən, çalınan musiqi çox pis olanda azacıq dincəlirdi. Onu rəqsə dəvət etdim. Bu musiqidən xoşu gəlmədiyini, başqasını sifariş etməyimi istədi. Əlbəttə ki, pulla. Tez-tez aşağı səviyyəli musiqinin çalınması da bar işinin bir hissəsidir. Xoşagəlməyən musiqiyə nə rəqs ediləcək, nə də qulaq asılacaq. Kimsə pul verib mahnını dəyişdirəcək. Öz istədiyini sifariş edəcək.

  

Oynayandan sonra onu bizim masaya dəvət etmişdim. Daha sonra bacısının da bizimlə oturmasını xahiş etdik. Onlara da içki aldıq. İçdik. Biz “Kola”, qızlar spirtli içki. Söhbət etdik. Pulu verib çıxdıq.

  

Barlar haqqında bir klub müdiri ilə söhbətləşdik. Adının çəkilməsini istəməyən bu şəxs şəhərimizdə ilk klub açanlardandır. Verdiyi məlumata görə, barlar xaricdə ən yaxşı istirahət yerləri sayılır. İşgüzar avropalılar işdən çıxır, şam etdikdən sonra haradasa rəqs etmək, musiqiyə qulaq asmaq, bir şeylər içmək istəyirlər. Üz tuturlar barlara. Günün yorğunluğunu atırlar. Bizdə isə “bar” deyəndə ağıla ilk növbədə əxlaqsız bir yer gəlir. Bu elə həqiqətdə də belədir. Bizim gecə barları qız alveri ilə məşğuldurlar. Müştəriləri qızlarla yığırlar. Bir-iki gecə barı var idi ki, başqa cür işləyirdi. Mədəni əyləncəyə üstünlük verirdi. Onlar da bu yaxınlarda bağlanıb.

  

Klub işlədicisinin fikrinə görə, bizim barların normal işləməməsi “papa, mama uşaqları”nın ucbatından olur. Barda ərköyünlük edən vəzifəlilərin uşaqlarına qarşı gələn badiqardlar (nəzarətçilər) “Sən bilirsən mən kimin oğluyam?” sualının qarşısında aciz qalırlar. Varlı övladlarına nəzarət edə bilmədikdə o birilərə də bir şey deyə bilmir. Belədə də özbaşınalıq, “bardaq” yaranır. Ara qarışır, məzhəb itir. Barlara insanlar istirahət etməyə yox, ehtiraslarını öldürməyə gedirlər.

  

Bardan çıxırıq. Pilləkəndəki qız alışqan istəyir. Siqaretini yandırıb aralanırıq oradan. Qızsa arxamızca təəccübünü bildirir: “Aaa... bəs siz bara nə üçün gəlmişdiz?...”

 

Şərhlər(20)
1338 oxunma
REPORTAJLAR


1
Aynur Bəşirli yazıb:

Vüqar, niyə belə tələsik yazmisan? Nə reportaj kimi reportaydir, nə də soyuq xəbər kimi kim soyuq... Deyən vaxtın az olub, ya da fikrin başqa yerdə imiş...

Sentyabr 27, 2007 5:56
2
Cavid yazıb:

Maragli movzudur!

Bele davam edin!

Sentyabr 27, 2007 12:12
3
Anar yazıb:

Vugar, sorushmaq da eyib olmasin, sne bara niye getmishdin? lol

Sentyabr 27, 2007 17:32
4
Vuqar Baba yazıb:

AYNUR muellime, burada deyesen fikir qarishiqligisi her sheye sebeb. Adamin fikri ele qarishir ki... smile

Sentyabr 27, 2007 19:07
5
Vuqar Baba yazıb:

Anar, "srocni" sen lazim idin, mobiline zeng catmirdi. Dedim yeqin "podval"da - bardasan. Seni axtarirdim... wink

Sentyabr 27, 2007 19:11
6
ruslan yazıb:

Vuqar zehmet cekmisen sag ol.
Yaxshi olardi ki, barlardan nese yeni bir shey deyesen ve biz de teeccublenek. Reportaj sanki 95-99-cu illerde hazirlanib. Belke, kohne reportajdir he...

Sentyabr 28, 2007 12:44
7
Ayten yazıb:

Vuqar, qiza bashqa ad tapmadin?

Sentyabr 28, 2007 18:17
8
Vüqar Baba yazıb:

Ruslan, yazı 2006-cı ilin may ayında yazılıb. Həmin vaxt "GÜN səhər" qəzetində çıxmışdı. Sadəcə bloga indi yerləşdirmişəm.
Yazdıqlarımı bilməyənlr də var, hamı bara getmir.Bir də ki, sən barlarla əlaqəli çox şeyi bilirsənsə yazı neyləsin? smile

Sentyabr 29, 2007 12:01
9
Vüqar Baba yazıb:

Aytən? Bu həmin bardakı Aytəndir? wink
Aytən,adın qəşəngdir, mən nə edim?!

Sentyabr 29, 2007 12:03
10
Lale yazıb:

cox maraqli movzudur oxunmaga deyerdi

Sentyabr 30, 2007 12:54
11
Elchin yazıb:

Vuqar, bu yazdiqlarin hamiya tanishdir, hech bir qeyri-adiliyi ile sechilmir. Eger dogrudan da "bir gun blogun haqqinda danishilmasini " isteyirsense, bu cur zeif yazilar yazma. Hormetle.

Sentyabr 30, 2007 17:58
12
Sabina yazıb:

Vuqar, sen bele movzulara toxunmaqla populyar olmaq isteyirsen? rolleyes

Oktyabr 1, 2007 12:58
13
Vüqar Baba yazıb:

Elçin, oxudugun ve fikrini bildirdiyin üçün teşekkür. İradın nəzərə alınacaq...

Oktyabr 2, 2007 10:42
14
Vüqar Baba yazıb:

Lalə xanım, çox sağ olun. Zövqünüzü oxşamağa çalışırıq...

Oktyabr 2, 2007 10:43
15
Vüqar Baba yazıb:

Cavid bəy, bəyəndiyinizə sevindim. Oxuduğunuz və fikrinizi bildirdiyinizə görə çox sağ olun.

Oktyabr 2, 2007 10:45
16
Vüqar Baba yazıb:

Səbinə, əksinə. Mən populyaram. Belə mövzulara toxunmaqla o mövzuları da populyarlaşdırmaq istəyirəm wink

Oktyabr 2, 2007 10:46
17
ChakerX yazıb:

Dushunurem ... movzu pis deyil ... amma daha da seliqeli ve etrafli yazmaq olardi ... men demeyecem ki, - "guya bilmirdik ki bu beledi?" - chunki ele "bu belediini" hami bilmir ... Baxmayaraq ki, bu movzun gec qoyulub men umumen demek isteyirem ki, senin sechdiyin yol - istiqamet mence ugurludur ... bele davam ele ...

Noyabr 8, 2007 1:33
18
aytac yazıb:

Salam Vuqar bey. men senin bu yazina heqiqeten de soyuq yazi deyirem. Yazi normal olsa da movzu artiq cox soyuqdu. Daha basqa bir movzu goturub bi istiqametde yazsan olar ela. helelik sag ol. yeni ilde sene isti movzular arzulayiram lol

Yanvar 2, 2008 14:14
19

Maraqlidir. Ona gore ki, tebiidir.

Fevral 14, 2008 15:06
20
Ramin DEKO yazıb:

vuqar gozel movzuya toxunmusan amma bir az telesik yazmisan axi bu senin yazi uslubun deyil...
belke yzinin mueyyen bir hissesini cixartmisan... bezi yerlerde mentiqi elaqe itir. sene yaradiciliq uqrlari

İyun 15, 2008 18:47

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com