SKEYTERLƏR
vuqarNoyabr 7, 2007 17:09
“Biz avara deyilik...”
Amerikada onların sayı 12 milyon, Azərbaycanda 12 nəfərdir
Vüqar Baba
Keçən əsr Amerika gəncləri yarı əyləncə, yarı idman olan bir məşğuliyyət tapdılar. Yarım metirlik bir taxta lövhəni dənizə atır, üstünə çıxıb dalğalarla oynayırdılar. Burada vacib şərt batmamaq, suyun üzərində qala bilmək idi. Sörfinq belə yarandı...
Lakin dənizdə dalğa olmayanda sörf etmək də olmurdu. Bu idman növü üçün mütləq külək lazım idi. Sörferlər isə darıxırdı. Onlar sakit havalarda da ekstrimdən həzz almaq istəyirdilər. Bundan bezənlər 1969-cu ildə belə bir şey fikirləşdilər: sörfinq lövhəsinə təkərlər bərkidib quruda da sürsünlər. Artıq həmin lövhə skeyt adlandı. Skeyt-bordinq də belə yarandı...
İndi o qitədə milyonlarla skeyt sürən var. Azərbaycanda isə normal skeyterlərin sayı...
“Amerikada təxminən 12 milyon skeyter var. Bizdə isə demək olar cəmi 12”. Sözlərin müəllifi Əkbər Nağıyevin 18 yaşı var. İki ildir ki, həyatındakı əyləncəni skeytdə tapır. Universitetdə oxuyur. Tələbə olduğunu o xüsusi vurğulayır. Avara olmadığını bildirmək üçün. Həm onun, həm də dostlarının bu damğadan heç xoşları gəlmir.
17 yaşlı Teymur Cəbiyev şikayətlənir: “Başa düşməyənlər bizə avara deyirlər. Onlara elə gəlir biz dərs zad oxumuruq. Halbuki burada elələri var bəzi fənləri “sökürlər”. Skeyt sürənlərin içində “bomba” yerdə işləyənlər də var. Ancaq başa düşən iyirmi faiz “maladyoj” deyir halaldı”.
“Hə – skeyter Fərhad Əliyev də bu söhbətə qoşulur – bu pis münasibətin üstündə skeyt-bordinqdən uzaqlaşanlar da olur. Əvvəllər biznən qızlar da skeyt sürürdülər. Lağ edirlər deyə məcbur olub sürmürlər. Qızlara ümümiyyətlə pis baxırlar. Elə bil skeyt sürməkdə nə isə eyib bir şey var”.
Dərslərimizi də necə lazımdı çatdırırıq. Problem olmur. Dərsdən sonra gəlib burada skeyt sürürük. Bununla biz dincəlirik. Sonra evə gedib dərs oxuyuruq. Müəllimlər bizə normal yanaşır, onların çoxu bu idman növü ilə məşğul olmağımızı dəsdəkləyir. Boş-boş məhlədə oturmuruq, siqaret çəkmirik, araq içmirik, küçələrdə veyillənmirik. Həm idman edirik, həm də əylənirik.
Amerikada, Avropada uşaqları, gəncləri belə idman oyunlarına cəlb edirlər ki, pis əməllərə bulaşmasınlar. Rusiyada bu yaxınlarda dörd milyon dollara ikstrim oyunları üçün zal tikiblər. Bizdə də bayaq dediyim mənasız, zərər verən işlərlə məşğul olanlara heç nə demirlər, ancaq Sahil bağında skeyt sürənləri polislər dağıdırlar. Deyirlər camaatı qoymursuz istirahət eləməyə. Əksinə hamı bura bizə baxmağa gəlir. Əgər mane oluruqsa onda bizə bir meydan versinlər. Lazım deyil, heç nə tikməsinlər orada. Eləcə boş sahə versinlər bizə. Özümüz tramplinləri-zadı quraşdırarıq”.
“Ey... Bircə dənə meydanımız var. Bakının hər yerindən skeyterlər bura gəlir. Montindən, Kombinatdan, Əhmədlidən, Həzi Aslanov metro stansiyasının yanlarından gələnlər var. Ancaq skeyt sürmək üçün. Şərait yaratmadıqları bəs deyil, özümüz bir şey eləmək istəyirik onu da qoymurlar”. – Elmar Məmmədov keçrtdikləri yarışdan danışır. – Keçən dəfə Bakı şəhəri üzrə çempionat keçirirdik. Ən yaxşı sürən bir oğlan var idi ki, bilirdik bu yüz faiz çempion olacaq, o yarışmırdı-jüri idi. Yer tutanlara diplom da verilir. Bizim sistemə görə hər hərəkətə üç cəhd verilir. İkinci şansımızdan istifadə eləmişdik ki, polislər başımızın üstünü kəsdirdilər. Hamını qovdular. Biz də məcbur olduq iki “tryuk”un nəticələrinə görə yerləri müəyyənləşdirdik, mən altıncı oldum”.
Onlar həm də mədəni işlə məşğul olurlar. Hip-hop deyilən mədəniyyət növü var ki, bura dörd sahə daxildir: rep, brek-dans, qrafiks və ikstrim (sörfinq, skeyt-bordinq, velosiped, roller, lövhəylə və lövhəsiz paraşüt göstəriləri). XX əsrdə Amerikada iqtisadi böhran olur. Varlılar villalarınından küçüb gedirlər. Tərk edilmiş evlərin baxçalarındakı hovuzlar o vaxtın dəbi ilə yarımkürəvi tikilmişdi. Artıq oralar bom-boş idi. Skeyterlər də fürsətdən istifadə edib öz “təkərli taxta”larına burada güc verirdilər. Əyri hovuz divarları skeytə marağı artırdı. Həmin dövrdən skeyt-boardinq geniş yayılmağa başladı. Sonra bu idman növü ilə məşğul olan kamandalar yarandı. İlk belə klub “Bons briqad” adlanırdı. Artıq komandalar çoxalıb və bir-birindən skeyterlər də transfer edirlər. Axırıncı ən bahalı transferin məbləği 250 milyon dollar olub.Bu idman növündən hər il “Ginnesin rekordlar kitabı”na düşənlər də olur. Misal üçün uzunluğa və hündürlüyə tullanmanın rekordu amerikalı Deni Veyə məxsusdur (20 metr uzunluğa, 7 metr hündürlüyə). O, Çin səddinin üzərindən tullanmaqla da adını kitaba saldırıb.
Skeyt sürən uşaqların həvəskarlara məsləhətləri də var: “Sürənlər qoy davam eləsinlər, başlamaq istəyənlər də çəkinməsinlər. Bizə də müraciət edə bilərlər. Pul filan almadan onlara bildiklərimizi öyrədəcəyik. Gəlin bizə qoşulun”.
Şərhlər(3)
209 oxunma
Feature stories

Vuqar adamin skeyterlere lap yazigi gelir. Her halda bu olkede hech kie ishiyle meshqul olmaga qoymurlar. Ish nedi e eylenmeye de qoymurlar. Gerek narkoman olasan ki, seni tutub bassinlar turmeye 3-den 5-den qazansinlar
Noyabr 7, 2007 19:44