Kilsədən reportaj
vuqarİyul 24, 2007 15:52
Kilse zengi
İndi onun səsinə təkcə provaslavlar deyil, bəzi müsəlmanlar da toplaşır
Vüqar Baba
Zəng səsi ətrafa yayılır. İbadət etmək istəyənlər metronun “28 May” stansiyasının yaxınlığındakı provaslav kilsəyə tələsirlər. Mən də onlara qoşuluram. Amma ibadət etməyə yox, reportaj hazırlamaq üçün. İçəri keçənlər əvvəl alnına və sinəsinə xaç çəkir, sonra divardakı şəkilləri öpürlər. İbadət vaxtı yenicə başlasa da, artıq xeyli adam var. Qadınların əksəriyyətinin başı bağlıdır. Amma bəziləri başlarını bağlamağa ehtiyac görməyib. Bizdən bir neçə dəqiqə sonra içəri daxil olanlar içəridəkilər kimi gətirdikləri şamı yandırıb şamdanlara düzürlər.
Tarixi arayış:
Roma imperiyasının IV əsrdə Qərbi və Şərqi imperiyalara parçalanması bu dinin də baxışlarını iki istiqamətə yönləndirib. Sonradan katolik və pravoslavlıq adlanan qolların dini məsələlərə yanaşmasında fərqlər meydana çıxdı. Nəhayət, bu ayrılıq 1054-cü ildə rəsmiləşdi: Qərbdə katolik, Şərqdə pravoslav kilsəsi hakim oldu.
Biz də paytaxtımızdakı provaslav kilsəsindəyik. İlk gəlişimiz deyəsən diqqətdən yayınmır. Sonradan adının Aleksandr olduğunu öyrənəcəyimiz keşiş bizi baxışları ilə bizi bir qədər də yaxına dəvət edir. Bir azdan salam verib özü bizə yaxınlaşır. Amma kilsəyə sadəcə, baxmaq üçün gəldiyimizi bilən kimi bizi tək qoyub harasa gedir.

Divarlar, tavan dini şəkillər – müxtəlif ikonalarla bəzədilib. Kilsəni ziyarətə gələnlər ikonaların, asılmış xaçların və İsa peyğəmbərin çarmıxa çəkilməsini əks etdirən fiqurun qarşısında durur, dua edir və sonra qarşılarındakı fiqurları öpürdülər.
Azərbaycanlı olduğunu deyən orta yaşlı qadın da bizim bura ilk dəfə gəldiyimizi hiss edən kimi yaxınlaşıb kilsəni, Aleksandr atanı tərifləyir. Xaç çıxarıb, ikonaların qarşısında dua oxumağımızı məsləhət görür. Kilsəyə gələndə adamın necə rahatlanmasından, günahlardan təmizlənməsindən danışır. Bircə özü barədə heç nə danışmaq istəmir. Deyir ki, buna icazəsi yoxdu. Aleksandr atanı tərifləməkdən doymur : “Ata elə yaxşı adamdı ki... Adamlara kömək eləyir. Kimin nə problemi var, ataynan söhbət eləyəndən sonra rahatlanır”.
Davamı...
Şərhlər(3)
146 oxunma
REPORTAJLAR

