ÖZGƏ MAŞININA MİNƏN TEZ DÜŞƏR
vuqarFevral 6, 2008 17:08
Moskva ətrafı çimərliklərin birinə yaxınlaşan avtomobildən üç gənc qız düşür. Onlar maşından enər-enməz lüm-lüt soyunub dənizə baş vurular. Suda bir-biri ilə zarafatlaşan gözəllər ətrafdakıların, xüsusən də kişilərin diqqətlərini özlərinə çəkirlər. 15 dəqiqədən sonra çimərlikdəkilərin təəccüb dolu baxışları arasında, geyinib gedirlər. Bir az keçəndən sonra isə çimərlikdəkilər son dərəcə dəqiqliklə işlənmiş cinayətin fərqinə varırlar. Məlum olur ki, 15 dəqiqəlik “film” zamanı 4 maşın qaçırılıb, onlarca avtomobilin içərisinə əməlli-başlı əl gəzdirilib...
Avtomobil oğurluğundan Azərbaycanda da əziyyət çəkənlər çoxdur. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə ölkə ərazisində müxtəlif cinayətlərə görə 21 avtomobil axtarışdadır. Onlardan 16-sı paytaxtda, qalan 5-i isə Lənkəran, Mingəçevir, Şamaxı, Bərdə və Xaçmaz rayonunda qeydiyyatdadır. Məlumata görə bu avtomobillər 2004-cü ildən axtarışa verilib.
Maşınınızı saxladız, düşdüz və qapıları bağladız. Həmin yerə geri döndüyünüzdə avtomobilinizin orada olmadığını görürsüz. “Görəsən başqa yerdə saxlamamışam ki? Bəlkə də burada saxlamaq olmazmış, ona görə də polis çəkib aparıb”. Bunları düşündünüz. Lakin sonda maşınınızın doğrudan da oğurlandığı gerçəkliyi ilə qarşılaşdınız.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vaqif Əsədov avtomobil talamalarının keçən ilə nisbətən artığını dedi. Onun göstərdiyi say da fərqli idi: “Bu ilin ilk 6 ayı ərzində bizdə 67 maşın qaçırılması halı qeydə alınıb. Onlardan 60-ı tapılıb. Ən çox maşın oğurluğu Nəsimi rayonunda olub. Burada qaçırılan 13 avtomabildən 10-u, Yasamal royonunda 11-dən 10-u, Binəqədi rayonunda 10-dan 9-u tapılıb. Sabunçu rayonunda isə oğurlanan 1 avtomobilin axtarış müddəti elə 1 gün olub. Müqayisə üçün onu deyə bilərəm ki, 2005-ci ilin ilk 6 ayı isə avtomobil oğurluğu ilə əlaqədar bizə 57 fakt daxil olmuşdu. Onlardan 49-u tapılmış, 8-inin isə axtarışları davam etdirilmişdi. Keçən ildə maşın talanması halları ən çox Yasamalda qeydə alınmışdı. Bu rayonda oğurlanan 12 maşından 11-i tapılmışdı”. Vaqif Əsədov sonuncu dəfə rastlaşdığı oğurluq halını da danışdı: “Bu həftə Rəşid Behbudov küçəsində üç nəfər naməlum şəxs əl eləyib taksini saxlayıblar, deyiblər: “Sür Keşləyə”. Ancaq Babək prospektindən Keşləyə girəndə bıçağı çıxarıb ki: “Dayan”. Sürücü də saxlayıb, maşından düşüb qaçıb. Gəlib dərhal 23-cü polis bölməsinə dərhal məlumat verib. Səhərisi gün həmin avtomobili Bakıxanov qəsəbəsində 13-cü polis bölməsinin əməkdaşları tutub və maşın sahibinə təhvil verilib. Ancaq içindən maqnitafonu götürülüb. Cinayətkarlar da, maqnitafon da axtarılır. Maşını oğurlayanı tutub cəzasını verəcik”. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsində (Oğurluq) bu tip talan etmədə cinayətkarın ən yüngül halda şərti maliyyə vahidi məbləğinin yüz mislindən yeddi yüz mislinədək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək islah işləri və ya iki ilədək müddətə azdlıqdan məhrum etmə ilə cəzalandırılması göstərilib. Eyni əməllər 1) mütəşəkkil dəstə tərəfindən törədildikdə, 2) külli miqdarda ziyan vurmaqla törədildikdə, 3) əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə bir dəfədən çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Başqasının maşınını, həm də onun razılığı olmadan sürmək atomobil qaçırması adlanır. Uşaqları valideyinlərinin icazəsi olmadan onların yaxud da dost-tanışın avtomomobilindən bu yolla istifadə etdikdə başqa cür cəzalanır. Belə cinayət etmiş şəxsin işinə 185-ci maddə ilə (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) baxılacaq. Həmin maddəninən ağır bəndi beş ildən on ilədək azadlıqdan məhrum etmədir. “Mən adətən gecələr işləyirəm. Saat 3-6 arası heç kimin xəbəri olmur. Bahalı maşının içindəki əşyalar da bahalı olur. Maşının qapısını simlə açıram. Əsasən maqnitafonu sökürəm, ancaq hərdən “bardaçok”da maqnitafondan da bahalı şeylər olur, ya da elə oturacağın üstündə. Elə vaxt olur maşına siqnalizasiya qoşulur. O da problem deyil. Yarım dəqiqəyə onun da səsini kəsirəm. Bunu necə etdiyimi deyə bilmərəm. Rəqiblərim arta bilər. Avtomobilin özünü heç vaxt oğurlamamışam. Bu çətin işdir. İçindən maqnitafon-zad götürürəm. Maşın əkəndə tezcə tutarlar. Onu ancaq vəzifədə qohumları olanlar eləyə bilər”. Gördüyü işi danışdı. Ancaq bunun yaxşı bir şey olmadığını fikirləşdiyindən adının gizli saxlanılmasını istədi.
Avtomobil oğurluqlarından zərər çəkənlərdən biri – S.R. (ad və soyadının baş hərifləri saxlanılıb) üç il bundan öncə aldığı maşınını bu il “oğurluq maşın” adı ilə əlindən alıblar. Avtomobilini növbəti dəfə texniki baxışdan keçirəndə aldığı xəbərə şok olub. Ona deyilənə görə maşın Ermənistan vətəndaşınındır. “Qardaş etmə, eləmə. Ermənistan hara, mən hara?” – S.R. mat qalmışdı. O, maşını Qazaxdan aldığını, lakin öz adına keçirmədiyini deyir. Əvvəlki sahibinin adına olduğundan hər il etibarnaməni də yeniləyirmiş. Çox get-gələ düşür. Nəhayət çıxış yolu da tapılır: məhkəmə ilə həmin adamın maşından imtina edəcəyini gözləyəcəklər. Son sözü erməni deyəcək...
QEYD: MƏQALƏ 2006-CI İLDƏ YAZILIB
Şərhlər(0)
86 oxunma
SOYUQ XƏBƏRLƏR
