Reklam verin!

"Vuqar Baba Picture" presents...

Gun gelecek, her kes bu bloq haqqinda danishacaq...

Blog Haqqında

vuqar
Günlərin bir günü (2007-ci ilin yaz aylarıydı) BDU-nun auditoriyasında dərs deyən Mayıl Dəmirli (müəllim) internetdən yaman danışırdı. Jurnlistika fakültəsi, 3-cü kurs tələbələri qarşısında müasir görsənmək və qoca yaşına rəğmən qızların bəyənisini qazanmaq üçün özünü veb ("web") aləmin ustadı kimi göstərməyə çalışırdı. Birdən qızlardan biri (Durna Səfərli) soruşur:"Müəllim sizin BLOQunuz var?" Müəllim gözünə döndüyüm də cavab verir ki:"Yox, mən siyasətlə məşğul olmuram". Hələ öz "təvazökarlığından" da geri qalmır ha: "Amma məni tanıyan hamı deyir ki, bir partiyadan, BLOKdan yarat hamı sənin ətrafında birləşəcək..." İndi müəlimim demişkən BURADA SİYASƏTLƏ MƏŞĞUL OLMURUQ, SADƏCƏ BLOQ ("BLOG") YAZIRIQ...

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

BLOG'umu bəyəndinizmi?




Açar sözlər

taksi  taxi  vuqar  xəbər  baba 

Sayqaç

  • İndi blogda: 34
  • Keçən ayın hiti: 1886
  • Dünənki hit: 54
  • Bugünki hit: 51
  • Ümumi hit: 16963

Müxtəlif

Hərbi andiçmədən reportaj

vuqar
Fevral 14, 2008 17:26

İgid əsgər, möhkəm dayan

Bakı-Cəlilabad-Bakı

                                                     VÜQAR BABA 

  

“Eh... su içmişəm, sok içmişəm, araq içmişəm, bir dəfə də and içim də... Mən heç qışqırmırdım axı. Qıraqdan baxırdılar deyə yalandan ağzımı açıb-yumurdum”. – And içmə mərasimindən başı yenicə ayrılmış əsgər belə dedi.

  

Mərasim Cəlilabad rayonu “N” saylı hərbi hissədə keçirilirdi. Səhər saat 8-də çalınan təntənəli marş tədbirə start verdi. Tribunada yüksək vəzifəlilər çıxışa başladı. Lakin onların səsindənsə daha çox kənarda övladlarını seyr edən valideyinlərin söhbəti aydın eşidilirdi:

 

-         A kişi hanı bizim uşaq, görə bilirsən?

 

-         Hardan görüm. Hamısı da eyni geyinib, bir-birinə oxşayırlar.

 Elə bil inkubator cücələridir...

  

Qeyd: Foto həmin andiçmədən deyil. "Google"dan köçürülüb.

Tribunadakı danışıq qurtarır. Əvvəlcədən qruplara ayrılmış əsgərlər hissə-hissə üzərinə bayraq və bir neçə avtomat qoyulmuş masalara yaxınlaşırlar. And içirlər Vətəni qorumağa. Tribunada söhbətlər gedir, səs isə eşidilmir. Bir müddətdən sonra əsgərlər əl çalırlar... Deməli danışıq bitmişdi...

 

Yeni əmr verilir. Marş çalınır, əsgərlər hərbi keçidə başlayırlar. Bir, iki... bir, iki... Komandirlərinin və valideyinlərinin qarşısında addımlayırlar. Övladı yanından keçəndə ana və ataların həyəcanı daha da artırdı: “Vay... buna bax yazıq bu bir aya nə təhər arıqlayıb. Yemək-zad vermirlər deyəsən bunlara. Üstlərinin kirindən də cinlər ürkür. Paltarlarını bir dəfə də yumayıblar...”

  

Əsgərlərin keçidi qurtarır. Hissənin kambriki valideyinlərə müraciət edir: “Bir aydır ki, bu uşaqlar mənim uşaqlarımdır, sizin yox. Bir aydır ki, onların qeydinə mən qalıram, siz yox. Onlardan dördü naxoşdur. Bunu siz etmisiz – siz valideyinlər. Yalandan mənim üstümə atmayın. Biz xəstələndirmişiksə niyə bəs 250 əsgərə heç nə olmayıb, buradadırlar. O dördünə siz qarpız-yemiş yedirtmisiz, ona görə. İndi iki-üç saatlığına onlar sizindir. Ancaq əlinizə nə keçdi yedirtməyin. Sonra bəlasını biz çəkirik”.

  

Əsgərlər hərbi hissənin həyətindən çıxmamaq şərti ilə azad idilər. Sanki qəfəsdən buraxmışdılar onları. Hamısı ailələr toplanan tərəfə qaçdılar. Səhnəni görməyə dəyərdi. Əyinlərindəki formalar bu bir ayda bəlkə də birinci dəfə idi ki, yuyulurdu. Göz yaşı ilə...

  

Sevinən, ağlayan, məsləhətləşən – hamısı bir-birinə qarışmışdı:

  

“Qaqa dərslərini yaxşı oxu, instituta gir. Buralara gəlmə. Əsgərlik bekar şeydi, zülm çəkirik”.

  

“Bala nə yaman arıqlamısan? Yemək-zad vermirlər?”

  

“Ağlama bacı, bir ilə gəlirəm”.

  

“Ata pul ver, məni buradan apar...”

  

Bunlar ailəsi ilə görüşənlərin söhbətləri idi. Bir kənarda yığışıb sakit duranlar da var idi. Kefsiz, halsız. Onların And içmə mərasiminə heç bir yaxını gəlməmişdi...

  

Təzə əsgərlər bizimlə də söhbət etdilər. Dediklərinə görə hamı yeni olduğundan öz həm rayonlusunu axtarır ki, yoldaşlıq etsin. Onlar bir-birini “zyöma” adlandırır. “zyömaları çox olanın isə sözü daha keçərli olur.

  

Həmsöhbətlərimdən biri artıq “vorzakon” da olub: “Burada sən sındırmasan, kim isə səni sındıracaq. Kim güclüdü, o “prav”dı. Mən həm özüm güclüyəm, həm də hissədə tanışım çoxdu”. Öz aralarında hamı onun dediyini eləməlidi. Yoxsa: “Komandirə deyənə də ağır söyüş qoyuruq. Anasını, bacısını söydürmək istəyən onsuz da kişi deyil. Ondansa mənim dediklərimi eləsinlər, başaları da ağrımasın. Bu gün də uşaqların çoxunun qohumları gəlib. Yəqin ata-anaları nə isə gətiriblər. Əsgərlər də bu axşam hər biri mənə 10 manat pul verəcəklər. Bu dey... bu da alacaqlarımın siyahası...” Əlindəki kağızda haradasa 30-40 ad var idi.

  

Başqa biri isə kambrikin son çıxışına iradını bildirdi: “Yalandan deyir 4 nəfər xəstədir, qalanı salamat. Yəqin o dördünün vəziyyəti çox ağırdı. Əsgərlərin yarısı qan ifraz edir ey...”

  

“Yox, mən elə şey görməmişəm. Biz olduğumuz yerdə pul-zad alan yoxdu. Heç bir başqa problem də yoxdur”. Vəziyyətindən şikayətçi olmayan da var idi.

  

Köhnə əsgərlərdən biri isə hərbi hissədə tez-tez baş verən hadisənin üstünü açdı. Sən demə bəzi əsgərlər qəsdən xəstələnirlər. Papaqlarını çıxarıb saatlarla günün altında gəzirlər. Günvurmadan pis hala düşən əsgər Lənkəran rayonundakı hərbi hospitala aparılır. Bir ay xəstəxanada qalır, 15 gün də evə məzuniyyət alır.

  

Əsgərlər hərbi hissənin həyətindən çıxmamaq şərti ilə valideyinləri ilə bir yerdə ola bilərdilər. Tək-tək hallarda ağaca rast gəlmək olan həyətdə. Avqustun əvvəlində. Biz isə istiyə çox dözə bilmədik. Şəhərə qayıtdıq. Əsgərlərdən biri bizi yola saldı: “Siz tezcə bezdiz, biz hələ bir ildən çox buradayıq...”

 

Şərhlər(1)
138 oxunma
REPORTAJLAR


1
Dejame yazıb:

sonra da deyirler vetenperver ol! tupuresen bu cur vetene!!! turk esgerleri esgerlik 4ekerken qurur duyurlar,bizimkiler ise bundan utanirlar!!! tam mesuliyyetimle boynuma aliram ki,eger bizim veten budursa,onda men vetenperver deyilem!!! cry

Fevral 14, 2008 23:30

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com