Reklam verin!

"Vuqar Baba Picture" presents...

Gun gelecek, her kes bu bloq haqqinda danishacaq...

Blog Haqqında

vuqar
Günlərin bir günü (2007-ci ilin yaz aylarıydı) BDU-nun auditoriyasında dərs deyən Mayıl Dəmirli (müəllim) internetdən yaman danışırdı. Jurnlistika fakültəsi, 3-cü kurs tələbələri qarşısında müasir görsənmək və qoca yaşına rəğmən qızların bəyənisini qazanmaq üçün özünü veb ("web") aləmin ustadı kimi göstərməyə çalışırdı. Birdən qızlardan biri (Durna Səfərli) soruşur:"Müəllim sizin BLOQunuz var?" Müəllim gözünə döndüyüm də cavab verir ki:"Yox, mən siyasətlə məşğul olmuram". Hələ öz "təvazökarlığından" da geri qalmır ha: "Amma məni tanıyan hamı deyir ki, bir partiyadan, BLOKdan yarat hamı sənin ətrafında birləşəcək..." İndi müəlimim demişkən BURADA SİYASƏTLƏ MƏŞĞUL OLMURUQ, SADƏCƏ BLOQ ("BLOG") YAZIRIQ...

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

BLOG'umu bəyəndinizmi?




Açar sözlər

taksi  taxi  vuqar  xəbər  baba 

Sayqaç

  • İndi blogda: 41
  • Keçən ayın hiti: 1886
  • Dünənki hit: 54
  • Bugünki hit: 59
  • Ümumi hit: 16971

Müxtəlif

Əhalini kim, necə zəhərləyir?...

vuqar
Sentyabr 14, 2007 12:08

Ölkədə ərzaq təhlükəsizliyi qanunu

və siyasəti yoxdur

  

                                                                        Vüqar Baba 

  

Keçən həftə Qala qəsəbəsində yerləşən bir hərbi hissədə qida zəhərlənməsi olub. 25 nəfər zəhərlənib. Zəhərlənməyə nəyin səbəb olduğu açıqlanmır. Məlumatı “GÜN səhər”ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib.

  

Qaladakı zəhərlənmə sentyabr ayında baş verən analoji hadisələrdən biridir: Ötən həftə “Yaddaş” qəzetinin kollektivi qidadan kütləvi zəhərlənib və qəzetin bir sayını çıxarmaq mümkün olmamışdı... Sentyabrın 4-ü Binə qəsəbəsindəki toyda 200-ə yaxın şəxs zəhərlənib. Onların 28-i uşaq olmaqla 60-a qədəri xəstəxanalara yerləşdirilmişdi. Zərərçəkmişlər zəhərlənməyə “Koka-kola”nın, Gigiyena və Epidemialogiya Mərkəzi isə salatın səbəb olduğunu bildirdi... Ayın 8-i Bərdədə keçirilən toy məclisində 29 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya müraciət edib... 10 sentyabrda Xanlarda toy mərasimində kütləvi zəhərlənmə baş verib. 40-a yaxın toy iştirakçılarının nədən zəhərləndiyi dəqiq bilinmir...

zeherlenme

                                                                  ***

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov zəhərlənmələr haqqında məlumat verərək bu xəstəliyin normalda göründüyü kimi birdən-birə olmadığını bildirdi: “Bizdə ancaq birdən-birə zəhərlənənlərə “zəhərlənib” deyilir. Ancaq tədrici zəhərlənmələr də olur. Zəhərli məhsullar tədricən orqanizmdə toplaşır, insan ömrünün azalmasına səbəb olur, xərçəng kimi xəstəliklər yaranır. Azərbaycan əhalisinin əksəriyyəti bu yolla zəhərlənir...  Davamı...

Şərhlər(0)
242 oxunma
Araşdırmalar


  Yazılar cəmi: 1   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com