Reklam verin!

"Vuqar Baba Picture" presents...

Gun gelecek, her kes bu bloq haqqinda danishacaq...

Blog Haqqında

vuqar
Günlərin bir günü (2007-ci ilin yaz aylarıydı) BDU-nun auditoriyasında dərs deyən Mayıl Dəmirli (müəllim) internetdən yaman danışırdı. Jurnlistika fakültəsi, 3-cü kurs tələbələri qarşısında müasir görsənmək və qoca yaşına rəğmən qızların bəyənisini qazanmaq üçün özünü veb ("web") aləmin ustadı kimi göstərməyə çalışırdı. Birdən qızlardan biri (Durna Səfərli) soruşur:"Müəllim sizin BLOQunuz var?" Müəllim gözünə döndüyüm də cavab verir ki:"Yox, mən siyasətlə məşğul olmuram". Hələ öz "təvazökarlığından" da geri qalmır ha: "Amma məni tanıyan hamı deyir ki, bir partiyadan, BLOKdan yarat hamı sənin ətrafında birləşəcək..." İndi müəlimim demişkən BURADA SİYASƏTLƏ MƏŞĞUL OLMURUQ, SADƏCƏ BLOQ ("BLOG") YAZIRIQ...

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

BLOG'umu bəyəndinizmi?




Açar sözlər

taksi  taxi  vuqar  xəbər  baba 

Sayqaç

  • İndi blogda: 21
  • Keçən ayın hiti: 1886
  • Dünənki hit: 54
  • Bugünki hit: 38
  • Ümumi hit: 16950

Müxtəlif

SKEYTERLƏR

vuqar
Noyabr 7, 2007 17:09

 Biz avara deyilik...”

  

Amerikada onların sayı 12 milyon, Azərbaycanda 12 nəfərdir

  

                                          Vüqar Baba 

 

Keçən əsr Amerika gəncləri yarı əyləncə, yarı idman olan bir məşğuliyyət tapdılar. Yarım metirlik bir taxta lövhəni dənizə atır, üstünə çıxıb dalğalarla oynayırdılar. Burada vacib şərt batmamaq, suyun üzərində qala bilmək idi. Sörfinq belə yarandı...

  

Lakin dənizdə dalğa olmayanda sörf etmək də olmurdu. Bu idman növü üçün mütləq külək lazım idi. Sörferlər isə darıxırdı. Onlar sakit havalarda da ekstrimdən həzz almaq istəyirdilər. Bundan bezənlər 1969-cu ildə belə bir şey fikirləşdilər: sörfinq lövhəsinə təkərlər bərkidib quruda da sürsünlər. Artıq həmin lövhə skeyt adlandı. Skeyt-bordinq də belə yarandı...

   

İndi o qitədə milyonlarla skeyt sürən var. Azərbaycanda isə normal skeyterlərin sayı...

  

“Amerikada təxminən 12 milyon skeyter var. Bizdə isə demək olar cəmi 12”. Sözlərin müəllifi Əkbər Nağıyevin 18 yaşı var. İki ildir ki, həyatındakı əyləncəni skeytdə tapır. Universitetdə oxuyur. Tələbə olduğunu o xüsusi vurğulayır. Avara olmadığını bildirmək üçün. Həm onun, həm də dostlarının bu damğadan heç xoşları gəlmir.

  Davamı...

Şərhlər(3)
210 oxunma
Feature stories

Bir əsgərin hekayəti

vuqar
Sentyabr 8, 2007 18:13

"Kimi ora kişi getdi, ancaq..."

     

BU YAZIDAKI HADİSƏLƏRİN HAMISI HƏQİQİƏTDİR

         

HADİSƏLƏRİ DOSTUM YAŞAYIB

              

Ümumiyyətlə mən əslində Müstəqil Azərbaycan Universitetində oxumalı idim. Ancaq əsgərliyə apardılar. Ağstafa rayonuna düşmüşdüm. Hərbi hissənin nömrəsini deməyəcəyəm ki, birdən məni taparlar.

  

“Əsgərlik kişilik məktəbidir” kəlməsini çox eşitmişdim. Mən də elə hesab edirdim. Hamısı səhv imiş, orada kişilik əldən gedir...

                  

Qarşılama

  

Elə ora çatan günü “dembl”lər bizə “qarşılama mərasimi” təşkil etmişdilər. Təzə gələnləri yanlarına çağırıb söhbətə başladılar. Bizə deyirdilər ki, əsgərlər arasında olan hadisələri böyük vəzifəlilərə, komandirlərə deməməliyik. İstənilən hadisəni onlara xəbər verənə burada çox pis baxırlar. Həmin adamlara ana-bacı söyüşü söyürlər. Yaxşısı budur ki, nə olur, olsun “kişilik göstərib” dözməliyik, heç nə deməməliyik...

  

Sonra hərə öz olduğu yerə getdi. Mən yerimdə uzandım. Xeyli sonra bir əsgər gəlib mənə dedi ki, kirli paltarları var, mən onları yumalıyam. Dedim yuxunda görərsən, güldü. Əlini atdı şalvarına remenini çıxartdı. Başladı məni vurmağa. Mən də heç qarşılıq göstərmirdim, eləcə qorunurdum. Qorxurdum ki, mən də onu vursam köhnə əsgərlər yığışıb məni lap pis günə qoyarlar. Axırda o özü bezdi, çıxıb getdi. Mənim bütün bədənim göynəyirdi, yıxıldım yerimə ki, dincəlim, gözümə yuxu gedib yatmışam. Başıma bir vedrə su töküləndə oyandım. Bayaqkı “dembl” idi. Dedi: “Qorxma, daha döyməyəcəyəm. Kişi adam çıxdın, həm dözdün, həm də gedib komandirə satmadın. Xəbər versəydin bilirsən də ....  çıxacaydın”. Soruşanda niyə döyürsən, dedi ki, guya məni yoxlayırmış. Paltarları yusam xidmətin axırına kimi “ÇMO” olacaymışam. Burada belədi: əgər yoxlamadan yaxşı çıxırsansa hörmətin olur, dəyib-dolaşmırlar, çox vaxt yanlarında gəzdirirlər. Yox, sındınsa vəssalam. Həmin adama paltar yudurdurlar, yerləri yığışdırdırlar, yeri süpürdür, sildirir, tualeti yudurdurlar. Düzdü bizdə paltar yumaq-zad “zapodlo” sayılsa da tualet təmizləyənə pis baxmırdılar. Özümüzün istifadə elədiyimiz yer idi də...

                           

"GAY"ləşdirmə

  

Səhər durmaq komandası veriləndə səksəndim, yerimdən qalxa bilmirdim ağrıdan. Birtəhər durub geyindim, getdim yemək yeməyə. Mal əti konservi ilə “perlovı” supu verirdilər. Bizim oturduğumuz stoldakı “dembel”lər dedilər ki, biz öz ət payımızı onlara verməliyik. Neçə vaxtdır buradadırlar, belə şeyləri onlar yeməlidir. Biz evdən təzə gəldiyimiz üçün sup bəsimizdi. Yeni gələnlərdən ancaq 5-6 nəfər konservi əti yeyə bildi. Onlar da “zver” idilər. Heç kəs onlara bir şey demirdi hələlik...

  

  Davamı...

Şərhlər(4)
193 oxunma
Feature stories

Özgə maşınına minən tez düşər

vuqar
Sentyabr 8, 2007 17:27

Özgə maşınına minən tez düşər

 Maşın oğurluqlarının sayı artıb

                                                                      Vüqar Baba    

Moskva ətrafı çimərliklərin birinə yaxınlaşan avtomobildən üç gənc qız düşür. Onlar avtomobildən enər-enməz lüt-anadangəlmə soyunub dənizə baş vurular. Suda bir-biri ilə zarafatlaşan gözəllər ətrafdakıların, xüsusən də kişilərin diqqətlərini özlərinə çəkirlər. 15 dəqiqədən sonra çimərlikdəkilərin təəccüb dolu baxışları arasında, heç nə olmamış kimi  geyinib gedirlər. Bir az keçəndən sonra isə çimərlikdəkilər son dərəcə dəqiqliklə işlənmiş cinayətin fərqinə varıb bir-başa polisə müraciət edirlər. Məlum olur ki, 15 dəqiqəlik “film” zamanı 4 maşın qaçırılıb, onlarca avtomobilin içərisinə əməlli-başlı əl gəzdirilib...

  

Avtomobil oğurluğundan Azərbaycanda da əziyyət çəkənlər çoxdur. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə ölkə ərazisində müxtəlif cinayətlərə görə 21 avtomobil axtarışdadır. Onlardan 16-sı paytaxtda,  qalan 5-i isə Lənkəran, Mingəçevir, Şamaxı, Bərdə və Xaçmaz rayonunda qeydiyyatdadır. Məlumata görə bu avtomobillər 2004-cü ildən axtarışa verilib.

  Davamı...

Şərhlər(0)
108 oxunma
Feature stories


  Yazılar cəmi: 3   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com