Reklam verin!

"Vuqar Baba Picture" presents...

Gun gelecek, her kes bu bloq haqqinda danishacaq...

Blog Haqqında

vuqar
Günlərin bir günü (2007-ci ilin yaz aylarıydı) BDU-nun auditoriyasında dərs deyən Mayıl Dəmirli (müəllim) internetdən yaman danışırdı. Jurnlistika fakültəsi, 3-cü kurs tələbələri qarşısında müasir görsənmək və qoca yaşına rəğmən qızların bəyənisini qazanmaq üçün özünü veb ("web") aləmin ustadı kimi göstərməyə çalışırdı. Birdən qızlardan biri (Durna Səfərli) soruşur:"Müəllim sizin BLOQunuz var?" Müəllim gözünə döndüyüm də cavab verir ki:"Yox, mən siyasətlə məşğul olmuram". Hələ öz "təvazökarlığından" da geri qalmır ha: "Amma məni tanıyan hamı deyir ki, bir partiyadan, BLOKdan yarat hamı sənin ətrafında birləşəcək..." İndi müəlimim demişkən BURADA SİYASƏTLƏ MƏŞĞUL OLMURUQ, SADƏCƏ BLOQ ("BLOG") YAZIRIQ...

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

BLOG'umu bəyəndinizmi?




Açar sözlər

taksi  taxi  vuqar  xəbər  baba 

Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 1886
  • Dünənki hit: 54
  • Bugünki hit: 20
  • Ümumi hit: 16932

Müxtəlif

Əkiz qüllələr

vuqar
Sentyabr 11, 2007 21:01

“Dalğa” aksiya keçirib

  

                                                                     Vüqar Baba 

 

“Dalğa” Gənclər Hərəkatı ( GH )  11 sentyabr hadisələriylə əlaqədar ABŞ səfirliyi qarşısında aksiya keçirib. Hərəkat üzvləri polisin aksiya iştirakçılarını tutduğunu deyir.

  

“Dalğa” GH-nin sədri Ülvi Həsənli gənclərin aksiyasının qarşısının alınaraq onları Nəsimi rayonu 22-ci polis bölməsinə apardıqlarını: “Biz əlimizdə plakatlar, əkiz qüllələrin maketi ilə səfirliyə yaxınlaşanda polislər qabağımızı kəsdilər, bizi polis bölməsinə apardılar. Onlara səfirliyin xəbəri olduğunu və aksiyanı onlarla razılaşdırdığımızı desək də fikir vermədilər”.

  

Ülvi Həsənli onun polis kapitanıyla söhbət etdikdən sonra ancaq bir aksiyaçının maketi səfirliyin qarşısına qoymağa icazə verdiklərini söyləyir: “O da bir şərtlə, həmin “Dalğa”çını iki polis müşayət edəcək”.

 dalga   

Hərəkat rəhbərinin bildirdiyinə görə gənclərdən bir neçəsi səfirliklə əlaqə saxlayıb situasiya barədə onlara məlumat veriblər. Bundan sonra ABŞ elçiliyindən polislə əlaqə saxlanılıb və “Dalğa”çıların buraxılması xahiş olunub. Bundan sonra onlar azad edilib.

  

Bundan sonra gəncləri səfirlikdə siyasi büronun rəhbəri xanım Con Palaşekin qəbul etdiyi barədə məlumat verən Ülvi Həsənli qəbuldan sonra maketi və şüarı səfirlik nümayəndəsinə təqdim etdiklərini bildirir: “Sonra insanlığa qarşı yönəlmiş bütün vəhşilikləri, terroru pislədiyimizi bildirdik. Xanım Paşlek bizə təşəbbüsümüzə görə təşəkkür elədi. Polislərin hərəkətindən də təəssüfləndiyini söylədi”.

  

Nəsimi rayonu 22-ci polis bölməsinin növbətçisi İmanov isə belə bir hadisənin yaşanmadığını, bölməyə hansısa aksiya keçirmiş heç bir gəncin gətirilmədiyini bildirdi.

  

ABŞ səfirliyindən hadisəylə əlaqədar məlumat almaq cəhdimiz alınmayıb.

 

Şərhlər(0)
221 oxunma
İSTİ XƏBƏRLƏR

"MEDİA AÇARI - 2007"

vuqar
İyul 21, 2007 14:48

Ən yaxşılar müəyyənləşdi 

2007-ci ilin “Media Açarı” mükafatının qalibləri bəlli oldu. İyulun 20-si Filarmoniyadakı təqdimatda açarlar yeni sahiblərinə təqdim olundu. 

“Media Açarı” mükafatı 1997-ci ildən təsis olunub. Hər il müxtəlif yazı nominasiyalarında ən yaxşı yazılara görə jurnalistlərə təqdim olunur. Mükafatın təsis olunma səbəbinin əsas kökü isə 1875-ci ilə dayanır. Həmin ilin 22 iyulunda Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaratmaqla Milli Mətbuatımızın əsasını qoydu... 

Bu ilki mükafatlandırmaya görə 1-ci və 2-ci yerlərin hər birinə bir, üçüncü yerə isə iki qalib seçilirdi. Beləliklə, bu ilin qalibləri: 

REPORTAJ nominasiyasına görə: 

  1.  İdrak Abbasov, “Ayna” qəzeti

  2. VÜQAR BABA, “GÜN səhər” qəzeti, “Ermənistandan bir az bəri...” yazısına görə

  3. Nadir Azəri (İsmayılov), “Xəzər” qəzeti

  3. Elməddin Muradov, “Üç Nöqtə” qəzeti 

Vuqar Baba

ARAŞDIRMA: 

  1. Elxan Salahov, “GÜN səhər” qəzeti

  2. İlhamə Qasımlı, “525-ci qəzet”

  3. Səriyyə Həsənova, “Qarabağ” qəzeti

  3. Şahbaz Musayev, “Xəzər” qəzeti

  PUBLİSİSTİKA: 

  1. İradə Tuncay, “525-ci qəzet”

  2. Zakir, “Zerkalo” qəzeti

  3. Seymur Verdizadə, “Reytinq” qəzeti

  3. Vahid Qazıyev, “Yeni Carçı” qəzeti

 FOTOREPORTAJ:

  1. Ceyhun Abdulla, “Azərfoto” İnformasiya Agentliyi 

Tədbirin sonunda qonaqlar furşetdə qalibləri təbrik etdilər.

Başqa fotolara baxmaq istəyirsinisə buraya tıklayın.


Şərhlər(3)
155 oxunma
İSTİ XƏBƏRLƏR


  Yazılar cəmi: 2   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com