Ölkədə ərzaq təhlükəsizliyi qanunu
və siyasəti yoxdur
Vüqar Baba
Keçən həftə Qala qəsəbəsində yerləşən bir hərbi hissədə qida zəhərlənməsi olub. 25 nəfər zəhərlənib. Zəhərlənməyə nəyin səbəb olduğu açıqlanmır. Məlumatı “GÜN səhər”ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib.
Qaladakı zəhərlənmə sentyabr ayında baş verən analoji hadisələrdən biridir: Ötən həftə “Yaddaş” qəzetinin kollektivi qidadan kütləvi zəhərlənib və qəzetin bir sayını çıxarmaq mümkün olmamışdı... Sentyabrın 4-ü Binə qəsəbəsindəki toyda 200-ə yaxın şəxs zəhərlənib. Onların 28-i uşaq olmaqla 60-a qədəri xəstəxanalara yerləşdirilmişdi. Zərərçəkmişlər zəhərlənməyə “Koka-kola”nın, Gigiyena və Epidemialogiya Mərkəzi isə salatın səbəb olduğunu bildirdi... Ayın 8-i Bərdədə keçirilən toy məclisində 29 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya müraciət edib... 10 sentyabrda Xanlarda toy mərasimində kütləvi zəhərlənmə baş verib. 40-a yaxın toy iştirakçılarının nədən zəhərləndiyi dəqiq bilinmir...

***
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov zəhərlənmələr haqqında məlumat verərək bu xəstəliyin normalda göründüyü kimi birdən-birə olmadığını bildirdi: “Bizdə ancaq birdən-birə zəhərlənənlərə “zəhərlənib” deyilir. Ancaq tədrici zəhərlənmələr də olur. Zəhərli məhsullar tədricən orqanizmdə toplaşır, insan ömrünün azalmasına səbəb olur, xərçəng kimi xəstəliklər yaranır. Azərbaycan əhalisinin əksəriyyəti bu yolla zəhərlənir...
Davamı...
“Dalğa” aksiya keçirib
Vüqar Baba
“Dalğa” Gənclər Hərəkatı ( GH ) 11 sentyabr hadisələriylə əlaqədar ABŞ səfirliyi qarşısında aksiya keçirib. Hərəkat üzvləri polisin aksiya iştirakçılarını tutduğunu deyir.
“Dalğa” GH-nin sədri Ülvi Həsənli gənclərin aksiyasının qarşısının alınaraq onları Nəsimi rayonu 22-ci polis bölməsinə apardıqlarını: “Biz əlimizdə plakatlar, əkiz qüllələrin maketi ilə səfirliyə yaxınlaşanda polislər qabağımızı kəsdilər, bizi polis bölməsinə apardılar. Onlara səfirliyin xəbəri olduğunu və aksiyanı onlarla razılaşdırdığımızı desək də fikir vermədilər”.
Ülvi Həsənli onun polis kapitanıyla söhbət etdikdən sonra ancaq bir aksiyaçının maketi səfirliyin qarşısına qoymağa icazə verdiklərini söyləyir: “O da bir şərtlə, həmin “Dalğa”çını iki polis müşayət edəcək”.
Hərəkat rəhbərinin bildirdiyinə görə gənclərdən bir neçəsi səfirliklə əlaqə saxlayıb situasiya barədə onlara məlumat veriblər. Bundan sonra ABŞ elçiliyindən polislə əlaqə saxlanılıb və “Dalğa”çıların buraxılması xahiş olunub. Bundan sonra onlar azad edilib.
Bundan sonra gəncləri səfirlikdə siyasi büronun rəhbəri xanım Con Palaşekin qəbul etdiyi barədə məlumat verən Ülvi Həsənli qəbuldan sonra maketi və şüarı səfirlik nümayəndəsinə təqdim etdiklərini bildirir: “Sonra insanlığa qarşı yönəlmiş bütün vəhşilikləri, terroru pislədiyimizi bildirdik. Xanım Paşlek bizə təşəbbüsümüzə görə təşəkkür elədi. Polislərin hərəkətindən də təəssüfləndiyini söylədi”.
Nəsimi rayonu 22-ci polis bölməsinin növbətçisi İmanov isə belə bir hadisənin yaşanmadığını, bölməyə hansısa aksiya keçirmiş heç bir gəncin gətirilmədiyini bildirdi.
ABŞ səfirliyindən hadisəylə əlaqədar məlumat almaq cəhdimiz alınmayıb.
"Kimi ora kişi getdi, ancaq..."
BU YAZIDAKI HADİSƏLƏRİN HAMISI HƏQİQİƏTDİR
HADİSƏLƏRİ DOSTUM YAŞAYIB
Ümumiyyətlə mən əslində Müstəqil Azərbaycan Universitetində oxumalı idim. Ancaq əsgərliyə apardılar. Ağstafa rayonuna düşmüşdüm. Hərbi hissənin nömrəsini deməyəcəyəm ki, birdən məni taparlar.
“Əsgərlik kişilik məktəbidir” kəlməsini çox eşitmişdim. Mən də elə hesab edirdim. Hamısı səhv imiş, orada kişilik əldən gedir...
Qarşılama
Elə ora çatan günü “dembl”lər bizə “qarşılama mərasimi” təşkil etmişdilər. Təzə gələnləri yanlarına çağırıb söhbətə başladılar. Bizə deyirdilər ki, əsgərlər arasında olan hadisələri böyük vəzifəlilərə, komandirlərə deməməliyik. İstənilən hadisəni onlara xəbər verənə burada çox pis baxırlar. Həmin adamlara ana-bacı söyüşü söyürlər. Yaxşısı budur ki, nə olur, olsun “kişilik göstərib” dözməliyik, heç nə deməməliyik...
Sonra hərə öz olduğu yerə getdi. Mən yerimdə uzandım. Xeyli sonra bir əsgər gəlib mənə dedi ki, kirli paltarları var, mən onları yumalıyam. Dedim yuxunda görərsən, güldü. Əlini atdı şalvarına remenini çıxartdı. Başladı məni vurmağa. Mən də heç qarşılıq göstərmirdim, eləcə qorunurdum. Qorxurdum ki, mən də onu vursam köhnə əsgərlər yığışıb məni lap pis günə qoyarlar. Axırda o özü bezdi, çıxıb getdi. Mənim bütün bədənim göynəyirdi, yıxıldım yerimə ki, dincəlim, gözümə yuxu gedib yatmışam. Başıma bir vedrə su töküləndə oyandım. Bayaqkı “dembl” idi. Dedi: “Qorxma, daha döyməyəcəyəm. Kişi adam çıxdın, həm dözdün, həm də gedib komandirə satmadın. Xəbər versəydin bilirsən də .... çıxacaydın”. Soruşanda niyə döyürsən, dedi ki, guya məni yoxlayırmış. Paltarları yusam xidmətin axırına kimi “ÇMO” olacaymışam. Burada belədi: əgər yoxlamadan yaxşı çıxırsansa hörmətin olur, dəyib-dolaşmırlar, çox vaxt yanlarında gəzdirirlər. Yox, sındınsa vəssalam. Həmin adama paltar yudurdurlar, yerləri yığışdırdırlar, yeri süpürdür, sildirir, tualeti yudurdurlar. Düzdü bizdə paltar yumaq-zad “zapodlo” sayılsa da tualet təmizləyənə pis baxmırdılar. Özümüzün istifadə elədiyimiz yer idi də...
"GAY"ləşdirmə
Səhər durmaq komandası veriləndə səksəndim, yerimdən qalxa bilmirdim ağrıdan. Birtəhər durub geyindim, getdim yemək yeməyə. Mal əti konservi ilə “perlovı” supu verirdilər. Bizim oturduğumuz stoldakı “dembel”lər dedilər ki, biz öz ət payımızı onlara verməliyik. Neçə vaxtdır buradadırlar, belə şeyləri onlar yeməlidir. Biz evdən təzə gəldiyimiz üçün sup bəsimizdi. Yeni gələnlərdən ancaq 5-6 nəfər konservi əti yeyə bildi. Onlar da “zver” idilər. Heç kəs onlara bir şey demirdi hələlik...
Davamı...